Səbirli insanın 3 bariz xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 14-02-2023, 10:45
Səbirli insanın 3 bariz xüsusiyyəti
Səbirli insanı başqalarından ayıra bilən üç nişanəsi vardır. Birincisi budur ki, o, süstlük etməz. İkincisi budur ki, qəmgin olmaz və ürəyi sıxılmaz. Üçüncüsü budur ki, Allahından şikayət etməz.

Əgər insan süstlük edərsə, haqqı zay edər. Əgər darıxsa və qəmgin olsa şükür etməz. Əgər Allahdan şikayət etsə günah etmiş olar.

1. Süstlük etməz. Hər bir möminin vəzifəsi budur ki, insanların haqqını əda etsin və onlar zülm etməsin. Səbirli insan əgər süstlük edərsə, o zaman haqqı zay etmiş olar.

İmam Kazım (ə) övladlarından birinə belə nəsihət verir: "Süstülk və tənbəllikdən çəkin ki, o səni dünya və axirət nəsibindən məhrum edər”. Süst və tənbəl olan insan heç kəsin haqqını yerinə yetirməz. Çünki heç bir işin sahibi olmaz.

İmam Sadiq (ə) buyurur: "Tənbəllik və süstlük - iş və əməlin düşmənidir”.

2. Səbirli insan qəmgin olmaz. Səbirli insan hər an Allaha şükür etdiyi üçün qəmgin olmaz. Allahın qəza və qədərinə razı olar.

İmam Sadiq (ə) buyurur: "Hər kim İlahi qəzaya razı olarsa, qəza onun üçün həyata keçər. Allah yanında əcri vardır. Hər kim ondan darıxarsa, qəza onun üçün həyata keçər və əcri zay olar”.

Qəmgin olmaq və darıxmaq - İlahi təqdirə narazı olmaq deməkdir. Onun ardınca şükür edilməz. İmam Sadiq (ə) buyurur: "Razı sifəti – bəndənin məhbub və məkruha razı olmasıdır. Yəni, hər ikisi onun üçün bərabərdir. Aləmlərin Allahının etdiyinə razı olmaq - İlahi mərifətin nur şüasındandır”.

Razılığın olmaması – cahilliyin nişanəsindəndir. Razı o kəsdir ki, öz xahişindən əl götürər. Allahın onun üçün təqdir etdiyinə razı olar.

Hər kim riza məqamına çatar, Allahın etdiyinə razı olar – Allah bu cür bəndədən razı olar. Hər kim riza məqamına çatarsa, bəndəliyin bütün mərtəbələrinə çatmış olar. Allaha itaətin sirri – səbirdir.

3. Səbirli insan Allaha şikayət etməz. Səbirli insan Allaha giley etməz. Çünki bu zaman Allaha günah etmiş olar.

Əmirəl-möminin (ə) buyurur: "Nə zaman şiddətli darlığa düşsəniz, Allahdan şikayət etməyin. Gərək bütün giriftarlıqların açarı əlində olan Allahdan, işlərin açılmasını istəyəsiniz.

Peyğəmbər (s) buyurmuşdur: Hər kim Allahın ona təqdir etdiyinə razı olmaz, davamlı şikayət edər, səbiri olmazsa – yaxşılıqları yuxarı qalxmaz. O halda ki, Allah ona qəzəblənmişdir, məhşərə daxil olar. Məgər o halda ki, tövbə edər””.

İmam Sadiq (ə) buyurur: "Səbir, bəndələrin daxilində olan nur və səfanı aşkar edər. Batinlərdə olan zülmət və dəhşətdən nalə zahir edər. Səbir elə bir sifətdir ki, hər kəs onu iddia edər. Onun yanında sabit qalmaz, məgər Allahın xalis bəndələri”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031