Müvəqqəti (mövsümi) iman
Mьəllif: admin1
Tarix: 4-09-2022, 11:13
Müvəqqəti (mövsümi) iman
وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انْقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ


"İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur." (Həcc, 11).

İzah: İmanın qınanan qisimləri də var. Bu qisimlərdən biri mövsümi imandır. Yəni yalnız bəzi vaxtlar (asayiş və rifah zamanı) mövcud olan, çətinlik və bəla zamanı aradan qalxan imandır.

Yaxud, yalnız dil mərhələsində qalan, əməl mərhələsinə keçməyən imandır. Əksər insanlar bu növ imanın müştərisidir. Çünki ağır sınaqlarla üzləşəndə Rəbbin mərhəmətinə, qüdrətinə, ədalətinə və ya hikmətinə inamı itirir və səbirsizlik edirlər.

Əslində, onların imanı asayiş və rifah ətrafında fırlanır. İmam Hüseyn (ə) gözəl bir rəvayətdə öz dönəminin insanlarını belə vəsf etmişdir (Tuhəful-üqul, səh. 245).

Hədis: İmam Əli (ə): “Bəndə dinini ehtirasına tərcih etməsə, imanın həqiqətini kamilləşdirməz.” (Kənzül-fəvaid, c. 1, səh. 350).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930