QƏLBDƏ İMANIN GÜCLƏNDİRİLMƏSİ
Mьəllif: admin1
Tarix: 9-04-2017, 10:32
QƏLBDƏ İMANIN GÜCLƏNDİRİLMƏSİ
Bizim vəzifələrimizdən biri dua etməkdir. Dua insanı Allaha yaxınlaşdırır, bilgiləri insan qəlbində həmişəyaşar və təsirli edir, imanı gücləndirir.
Duanın digər faydası imanı gücləndirməsidir. Duanın xüsusiyyəti budur ki, ürəkdə imanı möhkəm və qərarlı edir. Sıradan çıxması mümkün olan iman dünya hadisələrilə, insanın çətinlikləri, şadlıqları, nemətləri və müxtəlif vəziyyətlərilə rastlaşdıqda, məhv olmaq təhlükəsində olur. Elə insanlar tanıyırsınız ki, imanlı idilər, lakin iman dünya malı ilə, dünya qüdrəti ilə, fiziki ləzzətlə, ürək ehtirasları ilə əllərindən çıxdı. Bu zəif və qərarlı olmayan imandır. Duanın xüsusiyyəti budur ki, imanı insanın ürəyində qərarlı və möhkəm edir. Dua ilə və Allah-Taalanı həmişə yad etməklə imanın sıradan çıxması təhlükəsi dəf edilir.

ALLAHA EŞQ
Duanın bir faydası da Allah-Taalaya məhəbbət yaratmasıdır. Dua ürəkdə Allah-Taalaya eşqi dirildir. Bütün gözəlliklərin və yaxşılıqların tərənnümü Pərvərdigarın müqəddəs zatıdır. Allah-Taala ilə danışmaq, dua və ünsiyyət ürəkdə bu məhəbbəti vücuda gətirir.


Ayətullah Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930