Allah imanı ancaq sevdikləri bəndələrinə verər – imanın məqamı haqqında
Mьəllif: admin1
Tarix: 17-03-2016, 21:04
Allah imanı ancaq sevdikləri bəndələrinə verər – imanın məqamı haqqında

İmanın uca məqamı haqqında Peyğəmbərin (s) buyurduğu bu dəyərli kəlamı desək, artıq kifayət edərdi. Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Ey Əbuzər! Allah yanında heç bir şey Ona iman bəsləmək və qadağan etdiyindən çəkinmək qədər sevimli deyildir”.
Aydın olur ki, Allahın buyurduğu qadağalardan ancaq iman sayəsində çəkinmək olur.
İmam Sadiq (ə) bu haqda buyurur: “Allah dünyanı həm sevdiklərinə və həm də qəzəbləndiklərinə vermişdir, ancaq imanı ancaq sevdiklərinə verər”.
İmam Sadiq (ə) möminin məqamı haqqında buyurur: “Nə zaman pərdə insanların gözü önündən qalxar, Allahla mömin bəndənin bir-birinə qovuşmasına nəzər salarlar – o zaman boyunları möminlər qarşısında təvazökar, möminlərin işi onlar üçün asan və möminlərə itaət etmək onlar üçün lətif və yumşaq olacaqdır”.
İman bir tərəfdən insanı Allaha yaxınlaşdırar və o biri tərəfdən isə bütün yaxşı rəftarların və əməllərin mənbəyi olar.
İmanın mahiyyəti.
İman – qəlb təsdiqindən ibarətdir. İmanın tədqiq yeri – qəlb və nəfsdir. Bundan başqa, iman iki yerə bölünür: ümumi və xüsusi imana. Hər müsəlman mömin deyildir. Bəzi müsəlmanlar zahirdə dinə təslim olublar.
İmanın növləri vardır. “Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur”. (“Ənam” 98).
İmam Kazım (ə) bu ayənin təfsirində buyurur: “Yerləşən iman – o imandır ki, Qiyamət gününə qədər sabit və qalıcıdır. Əmanət qoyulan iman isə o imandır ki, ölməzdən əvvəl Allah onu insandan alar”.
İmam Əli (ə) bu haqda buyurur: “Bəzi imanlar qəlbdə bərqərardır, bəziləri isə ürək ilə sinəsi arasında davamsızdır o günə qədər ki, ölüm gələr”.
İmam Sadiq (ə) tərəfdaşlarından birinə buyurur: “Həqiqətən də imanın on dərəcəsi vardır. Nərdivan kimidir və pillə-pillə qalxmaq lazımdır. Ona görə də o kəsin ki, iki dərəcə imanı olar, bir dərəcəsi olana gərək deməsin ki, sənin imanın yoxdur. Bu yolla onuncuya çatar. O kəs ki, səndən aşağı dərəcədədir, gərək imansız hesab etməyəsən. Bəlkə özündən aşağı dərəcədə olanı görsən mehribanlıqla öz dərəcənə çatdır və o şeyə ki, gücü çatmır – yükləmə ki, beli sınar. O kəs ki, möminin qəlbini sındırar, gərək onu yaxşılaşdırsın”.
Şeyx Səduq bu hədisin sonunda buyurur: “Miqdad 8-ci dərəcədə, Əbuzər 9-cu dərəcədə və Salman imanın 10-cu dərəcəsində idilər”.
Allah Təala möminlər haqqında buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).
İmam Sadiq (ə) buyurur: “İman odur ki, haqq dini ürəyi ilə tanısın və dili ilə onu etiraf etsin, bədən üzvləri vəzfiələrini yerinə yetirsin, qəbir əzabını, Münkəri, Nəkiri, öləndən sonra dirilməyi, hesabı, siratı, tərəzini etiraf etsin. Əgər Allahın düşmənlərindən bezar olmazsa, imanı mövcud olmaz”. (İslami saytlara istinadən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031