Qəbul olunan 3 dua, niyə hədər getdi?
Mьəllif: admin1
Tarix: 4-06-2023, 14:24
Qəbul olunan 3 dua, niyə hədər getdi?
Allah Təala Bəni-İsrayildən olan bir peyğəmbərinə (ə) vəhy edir ki, ümmətindən olan bir nəfərin üç duasını yerinə yetirəcəkdir.

Peyğəmbər (ə) də həmin o kişini bu vəhydən xəbərdar edir. Kişi həyat yoldaşının yanına gedir və olanları ona danışır.

Qadın çox təkid edir ki, dualarından birini ona aid etsin. Kişi də qəbul edir. Deyir: “Allahdan istə ki, mən ən gözəl qadın olum”.

Kişi dua edir və qadın zamanəsinin ən gözəl qadını olur. Bu zaman həmin qadın padşahın və əyyaşların diqqətini özünə cəlb edir.

Qadın da qoca və yoxsul ərinə diqqət etmir və pis əxlaqın yolunu tutur.

Kişi onun pis əxlaqına dözməyə çalışır və ancaq sonunda taqəti çatmır. Allaha dua edir ki, onu itə çevirsin və duası yerinə yetir. Həmin qadının uşaqları atasının ətrafına toplaşıb ağlayır və nalə çəkirlər. Ondan istəyirlər ki, analarını əvvəlki halına qaytarsın.

Kişi də dua edir və qadın əvvəlki halına geri qayıdır. Bu yolla üç dua hədər olur.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930