Bəni-İsrayildən olan zahidin 3 qəbul olan duası niyə sıfır nəticə verdi?
Mьəllif: admin1
Tarix: 5-02-2018, 21:48
Bəni-İsrayildən olan zahidin 3 qəbul olan duası niyə sıfır nəticə verdi?
Allah Təala dövrünün peyğəmbəri vasitəsilə Bəni-İsrayildən olan bir zahidə xəbər göndərir ki, sənin üç duanı yerinə yetirəcəyəm. Həmin zahid də bu üç duada nə istəyəcəyini düşünür və tapa bilmir.

Həyat yoldaşı ilə məsləhət edir və xanımı ona deyir: “Uzun illərdir ki, sənə xidmət edirəm. Çətinlikdə və rifahda səninlə birlikdəyəm. O dualardan birini mənə sərf et. Allahdan istə ki, məni Bəni-İsrayilin ən gözəl qadını etsin və sən də mənim gözəlliyimdən bəhrələnəsən”.

Zahid onun təklifini qəbul edir və dua edir. Xanımının gözəlliyi xəbəri hər yerə çatır. Hər tərəfdən insanlar gəlir və ona eşq məktubu yazır, evlənmək istədiklərini bildirirlər. Qadın təkəbbürə düçar olur və əri bu işdən qəzəblənir. İkinci duasını edir və deyir: “Allahım, həyat yoldaşımın əlindən canım boğazıma gəlmişdir. Onu heyvan şəklinə sal”. Duası qəbul olur və həyat yoldaşı ayıya çevrilir.

Övladları analarını belə görən zaman atalarına etiraz edirlər və zahid peşman olub üçüncü duasını da edir və Allahdan istəyir ki, xanımı birinci halına qayıtsın. Xanımı əvvəlki halına qayıdır və bu yolla zahidin üç duası hədər gedir. Nəticədə zahid nadanlığı üzündən dünya və axirətini abad edə bilən üç duadan məhrum olur.

“Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin hekayətini oxu”. (“Əraf” 175).

Beləcə, nadanlıq insanı İlahi tofiqatdan məhrum edir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930