Elə xislətlər vardır ki, kişi üçün nöqsan olmasına baxmayaraq qadın üçün fəzilətdir - İmam Əli (ə)
Mьəllif: admin1
Tarix: 26-02-2018, 21:33
Elə xislətlər vardır ki, kişi üçün nöqsan olmasına baxmayaraq qadın üçün fəzilətdir - İmam Əli (ə)
İslam dini yaradılış və mənəvi keyfiyyət baxımından qadın və kişi arasında ayrı seçkilik qoymur. Hər ikisi insanlıq baxımından və mənəvi yüksəliş baxımından Allah qatında eynidir. Qadın və kişi fərq etmədən hər ikisi insanlığı tərənnüm edir.

Aralarındakı tək fərq özlərinə məxsus vəzifələrinin olması və yaradılış formasıdır.

Kişi və qadın olaraq hər birinin özlərinə məxsus təbii, şərii və ictimai vəzifə və öhdəlikləri vardır. Kişi və qadın olmasından aslı olmayaraq hər birinin özünə məxsus vəzifələri vardır və bu vəzifələrin də öz ağırlığı və çətinliyi vardır. Qadınların isə vəzifə və məsuliyyətlər isə bir qədər daha ağırdır. Çünki qadın cəmiyyətdə həm özünü, həm də ailəsinin heysiyyətini qorumalıdır. Həmçinin övladlarının gələcək taleyi, cəmiyyətdəki yeri, ləyaqəti və nüfüzu anaların diqqətində və səyindədir.

Bu səbəbdən yaradan Allah qadın və kişinin hər birinə özünə məxsus xislət əta etmişdir. Vəzifələr fərqli olduğu kimi xislətlər də fərqlidir. Bəzi xislətlər vardır ki, kişilərə eyib və nöqsan, qadınlara isə dəyər qazandırır.

Həzrət Əli (ə) buyurur:

“Qadınların xislətlərinin ən yaxşısı, kişilər üçün ən şərr hesab olunur. Bunlar:

Təkəbbür - Məğrurluq qadını qoruyar. (Təkəbbür- dini mətnlərdə daima pislənən xislətdir. Lakin qadın üçün cəmiyyətdə bəyənilir. Qadını cəmiyyətdə gülərüz, xoşrəftar olmaqdan, kənar şəxslərin onunla ünsiyət qurmasından qoruyur. Bu xislət qadın üçün sipər rolunu oynayır. Bu xislət yalnız ailə daxilində qadın üçün nöqsandır.

Qorxmaq – Bu onu qarşısına çıxan şeylərdən qoruyar (bu xislət insanın diqqətini özünə, öz mənəvi və əxlaqi keyfiyyətlərinə yönəldir. Qadına həyanın və ədəbin əhəmiyyətini öyrədir. Öz həya və heysiyyəti üçün qorxan qadın bu hisslə yüksək həya və heysiyyət əldə edir. Öz həyası üçün qorxmayan insan daha nədən qorxsun?)

Paxıllığ – bununla özünün və ərinin malını qoruyur (da həmçinin rəzil sifətlərdəndir. Amma bəzən qadınlar üçün bəyənilir. Axi qadın evin dirəyidir deyiblər. Bu mənadaki, evin bütün məişət işləri qadının ixtiyarındadır. Evdəki sabitliyə və nizam intizama o məsuldur. Paxıllığ, yəni yığıcılıq və qənaətkarlıq qadın üçün bir fəzilətdir. Çünki bu işi ilə o həm ailənin sərvətini, həm də qürurunu qoruyur.)
(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031