Sirri ifşa edən qatil ilə şərik olar – sirr saxlamağın əhəmiyyəti Məsumların (ə) dilindən
Mьəllif: admin1
Tarix: 5-04-2019, 21:08
Sirri ifşa edən qatil ilə şərik olar – sirr saxlamağın əhəmiyyəti Məsumların (ə) dilindən
Sirr saxlamaq və onu ifşa etməmək – möminin bariz sifətlərindəndir. Hər kim sirr saxlamağı bacarırsa, deməli mömin olmağa layiq insandır.

Məsumlarımız (ə) özləri sirr saxlayan olub, bizləri də bu fəzilətli əmələ dəvət ediblər.

İmam Əli (ə) buyurur: “O kəs ki, öz sirrini gizlədər, seçim qüdrəti öz əlində olar”.

Həzrət Əli (ə) yenə buyurur: “Sirrini, etimad etdiyin kəsdən başqasına tapşırma”.

İmam Əli (ə) buyurur: “Aqilin sinəsi – sirlər sandığıdır”.

İmam Sadiq (ə) buyurur: “Sirri ifşa etmək – süqut mənbəyidir”.

İmam Əli (ə) buyurur: “Hər kim öz sirrini saxlamaqda aciz olarsa, başqasının sirrini saxlamaqda güclü olmaz”.

İmam Hüseyn (ə) buyurur: “Başqalarının sirri – bizim əlimizdə olan əmanətdir”.

İmam Rza (ə) buyurur: “O kəs ki, sirri ifşa edər, qatil ilə şərik olar”.

İmam Əli (ə) buyurur: “Sükut – hikmətdir və sirr saxlamaq – xoşbəxtliyin bir guşəsidir”.

İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, mənim yanımda ən sevimli dostum – onların ən təqvalısı və ən fəqihidir və o kəsdir ki, bizim sözlərimizi sirr saxlayır”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930