Dünya və axirətin xeyri sirri gizli saxlamaqda gizlənibdir. Sirri ifşa etmək - xəyanətdir
Mьəllif: admin1
Tarix: 17-04-2020, 10:42
Dünya və axirətin xeyri sirri gizli saxlamaqda gizlənibdir. Sirri ifşa etmək - xəyanətdir
Sirr saxlamaq İlahi xüsusiyyətlərdən biridir ki, kamil insanların sifəti sayılır. Ağlın kamil olmasının və xeyir mənbəyinin nişanəsidir. Sirr saxlayan insan vəfadar və əmindir. Bu cür insan başqalarının abır və namusunu da hifz edər.

Əmirəl-möminin (ə) buyurur: “Dünya və axirətin xeyri sirri gizli saxlamaqda gizlənibdir”. Başqa yerdə Həzrət Əli (ə) buyurur: “Öz sirlərinə qarşı simic ol”.

İmam Sadiq (ə) buyurur ki, sirr saxlamaq damarda axan qan kimidir. Buyurur: “Sənin sirrin - qanının bir hissəsi kimidir. Ona görə də gərək başqa damarlarda axmasın”.

Bu nurani hədisdən görünür ki, necə ki, qan həyatın davam etməsinə səbəb olar, əgər bayıra tökülərsə həyatın sona çatmasına gətirib çıxardar, insanın sirri də bu cürdür. Əgər ürəkdən xaric olarsa, başqa bir tərəfdə axmağa başlayar. İnsanın adi həyatını titrədər. Abırını ciddi təhlükə qarşısında qoyar.

İslam dini sirri saxlamağı mədh etdiyi kimi, onu ifşa etməyi ciddi şəkildə tənqid etmişdir. Hədislər buyurur ki, xəyanətə bərabərdir. Belə ki, Əmirəl-möminin (ə) buyurur: “Sənə tapşırılan sirri ifşa etmə. Sirri ifşa etmək xəyanətdir”.

Başqa hədislərdə oxuyuruq ki, sirri ifşa etmək - peyğəmbərlərin (ə) qətl olunması kimidir. Çünki sirrin ifşa olunması bəzən çox sayda qətlə səbəb olur. Nəticədə insan cəhənnəm atəşinə layiq olar.

İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, onları qılıncla öldürmədilər. Ancaq sirlərini ifşa etdilər və onların qətl olunmasına səbəb oldu”.

Bəs insan sirri başqasına deyə bilərmi? Aqil insan sinəsini sirr sandığı etməlidir. Başqasının sirrini ifşa etməyə çalışmamalıdır. İmam Əli (ə) buyurur: “Sənin sirrin onu ifşa etməmisənsə, sənin əsirindir, ancaq əgər onu ifşa etsən, sən əsiri olarsan”.

İmam Sadiq (ə) buyurur: “Öz dostunu sirrindən agah etmə, məgər o mövzularda da əgər düşmənin bilsəydi, sənə ziyan vurmazdı. Çünki insanın dostu bir gün düşmən ola bilər”.

Sirr - istər şəxsi olsun, istər ictimai - hifz olunmalıdır. Beləliklə möminin bariz sifətlərindən biri sirri saxlamağı olmalıdır. Və sirr saxlamaq bir məharətdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031