Bəndələrin axtardığı 4 sirri Allah harada gizlədib?
Mьəllif: admin1
Tarix: 12-06-2022, 09:39
Bəndələrin axtardığı 4 sirri Allah harada gizlədib?
Allah dini insanları çətinliyə salsın deyə nazil etməyib. Dinin məqsədi insanları Allahın hakimiyyəti çərçivəsində toplayaraq onları həqiqi səadətə çatdırmaqdır.

Bəzi dindarların təsəvvürünün, zahirdə həyata keçirdiyi və qatlaşdığı zəhmətlər və əməllərin əksinə olaraq, din çətinlik istəmir.

Qurani-Kərimdə buyurulduğu kimi Allah sizə çətinlik deyil asanlıq istəyir. Bunun üçün uzun uzadı ibadətlərə ehtiyac yoxdur. Sadəcə olaraq Allahın buyurduğu haramlardan uzaq durmaq və vacibləri həyata keçirmək lazımdır.

Həzrət Əli buyurub ki Allah 4 şeyi 4 şeyin içində gizlədib. Bunları tapmaq üçün də həmin halal və haramlara riayət etmək kifayət edər.

Bəs o gizli qalan 4 sirr nədən ibarətdir?

İmam Buyurur:

“Allah-taala 4 şeyi 4 şeyin içində gizlədib.

1-Allah razılığını itaətdə gizlədib. Ona görə Allahın itaətlərindən heç birini kiçik hesab etmə! Bəlkə də onun razılığı elə sənin kiçik və yüngül sandığındadır.

2-Allah qəzəbini günahlarda gizlədib. Ona görə günahların heç birini kiçik bilmə! Bəlkə də onu qəzəbləndirən amil sənin kiçik sandığın günahdadır.

3- Allah icabət etməyi dualarda və çağırışlarınızın içində yerləşdirib. Buna görə duaların heç birini əhəmiyyətsiz sanma! Bəlkə də onun icabəti sənin kiçik bildiyin duanın içindədir.

4- Allah öz vəlisi və höccətini öz bəndələri arasında gizlədib. Ona görə Allahın bəndələrindən heç birini kiçik sanma! Bəlkə də onun vəlisi sənin əhəmiyyətsiz hesab etdiyin insandır ki bunu bilmirsən.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031