Heç bir günahı kiçik hesab etməyin - bəlkə əzab məhz ondadır. Heç bir ibadəti də kiçik hesab etməyin - bəlkə razılıq məhz ondadır
Mьəllif: admin1
Tarix: 7-02-2018, 22:13
Heç bir günahı kiçik hesab etməyin - bəlkə əzab məhz ondadır. Heç bir ibadəti də kiçik hesab etməyin - bəlkə razılıq məhz ondadır

Kiçik günahları kiçik hesab etməyin və deməyin ki, bu kiçik günah o qədər etdiyim günahların içərisində heç nədir. Halbuki, bir maşının xarab olması üçün onun bütün hisslərinin xarab olması lazım deyildir.

Bəlkə bir simin qopması və ya təkərinin boşalması maşının xarab olması üçün kifayətdir. (Tebyan)Şeytan (lən) bir tək təkəbbürünə görə behiştdən qovulur. Həzrət Adəm (ə) bir diqqətsizliyinə görə yerə enir. Adəm övladı paxıllığına görə xar olur. Həzrət Yunus (ə) tələskənliyinə görə müsibətə düçar olur.

Allah o qədər həmiddir ki, sənin ehtiyacını görən zaman başından yağdırar. Əslində heç baxmaz ki, sən üzr istəmisən, yoxsa yox. Allah sınmış ürəklərdə yer alar.

Hədislərin birində oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) xitab edir: “Ya Musa! Bilirsənmi ki, mən səni niyə öz həmsöhbətim kimi seçmişəm? Çünki simaları axtardım və sənin siman kimi sakit, mülayim və zəlilini tapmadım. Ona görə də səni seçdim”.

Ola bilsin ki, sizin də başınıza belə bir iş gəlsin ki, günaha batan zaman onu kiçik hesab edirsiniz.

Ayətullah Müctəba bu haqda belə buyurur: “Heç bir günahı kiçik hesab etməyin. Onun kiçikliyinə nəzər salmayın. Bəlkə baxın görün kiminlə müxalifətlik etmisiniz. Ola bilsin ki, Allahın qəzəbi elə o günahda olsun. Başqa bir tərəfdən, heç bir ibadəti kiçik hesab etməyin. Ola bilsin ki, Allahın rizası həmin ibadətdə olsun. Əgər kor insanın əlini tutursunuzsa, küçənin bir başından o biri başına aparırsınızsa, deməyin ki, bu ki, bir şey deyildir. Bir vaxt görürsünüz ki, həmin kiçik iş sizi behiştlik etdi”.

Kiçik daş kiçikdir, lakin əgər corabın içinə düşərsə, insana əziyyət verər. Hərəkət etməyimizə mane olar. Kiçik günah da bu cürdür. Hər nə qədər kiçik olsa da, hərəkət etməyimizə mane olar. Ona görə də Allahdan istəyək ki, bizim bütün günahlarımızı bağışlasın.

Günahı kiçik hesab etməyin aqibəti.

Həzrət Peyğəmbər (s) buyurur: “Mömin öz günahını başının üstündə olan böyük daş parçası kimi görər ki, onun üzərində düşməsindən qorxar. Kafir günahını milçək kimi görər ki, burnunun qabağından keçib gedər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Heç bir pis işi kiçik hesab etməyin. Baxmayaraq ki, sizin nəzərinizdə kiçik olar. Gördüyünüz heç bir xeyir işi böyük hesab etməyin, baxmayaraq ki, nəzərinizdə böyük olsa belə. Çünki heç bir günah həqiqi tövbə olmadan bağışlanmaz. Təkrar olunan heç bir günah, kiçik olmaz”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930