Heç bir günahı kiçik hesab etməyin ki, onda Uca Allahın qəzəbi ola bilər
Mьəllif: admin1
Tarix: 15-02-2016, 20:58
Heç bir günahı kiçik hesab etməyin ki, onda Uca Allahın qəzəbi ola bilər

Belə hesab etməyin ki, kiçik günah sizi təhlükəyə və əzaba salmaz. Xeyr, belə deyildir. Bir maşının dayanması üçün onun hər yerinin xarab olması lazım deyildir. Sadəcə kifayətdir ki, kiçik bir detalı işləməsin.
Necə ki, şeytan (lən) bir tək təkəbbürünə görə lənətləndi, necə ki, Adəm (ə) səhvinə görə behiştdən çıxdı, necə ki, Adəm övladı həsədinə görə zəlil oldu, necə ki, Yunus (ə) bir əcələsi ilə imtahana çəkildi – biz ki, bunların hamısını yaxşı bilirik.
Allaha and olsun ki, Allah o qədər Həmid və Rəhimdir ki, sənin itaətkarlığını və təvazökarlığını görərsə, səni hər şeylə zəngin edər. Heç baxmaz ki, səhvlərinə görə üzr istəmisən, yoxsa yox. Allah sınmış qəlblərdə yer alar. Ona görə də hər birimizdə bu itaətkarlıq və təvazökarlıq olmalıdır ki, Allah bəndəsi ola bilək.
Hədislərdə oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) xiatb edir: “Ey Musa! Bilirsənmi Mən səni niyə Öz həmsöhbətim seçmişəm? Çünki simaları axtardım və sənin siman kimi zəlil, mülayim və hüzurlusunu tapmadım. Ona görədir ki, səni seçdim”.
Bu, bizim bəlamızdır ki, ibadətdə təvazökarıq, günah edən zaman ümidsiz. Halbuki, bu sınmış qəlbdir ki, məhbub olar.
Əslində günahın kiçik və böyüyü yoxdur. Yəqin ki, bu hadisə sizin də başınıza gəlibdir ki, bir günaha düçar olan zaman onu kiçik hesab etmisiniz. Ayətullah Müctəba Tehrani bu haqda buyurur: “Heç bir günahı kiçik hesab etməyin. Onun kiçikliyinə nəzər salmayın. Baxın görün Kiminlə müxalifətlik etmisiniz. Ola bilsin ki, Allahın əzabi həmin günahda olsun. Başqa bir tərəfdən, heç bir ibadəti kiçik hesab etməyin. Ola bilsin ki, Allahın razılığı onda olsun. Əgər kor insanın əlindən tutursunuzsa, küçənin bir tərəfindən başqa bir tərəfinə keçirirsinizsə deməyin ki, bu iş dəyərsizdir. Bir dəfə görəcəksiniz ki, sizin bu kiçik işiniz sizi behiştlik etmişdir”.
Çınqıl xırda olsa da, bir yerə toplansa əziyyət verər. Hərəkət etməyimizə mane olar. Kiçik günahlar da bu çınqıl daşları kimidir. Nə qədər kiçik olsa da, inkişaf etməyimizə, hərəkət etməyimizə mane olar. Tofiqatı bizdən alar. Ona görə də gərək dua edək ki, Allah bizim bütün günahlarımızı bağışlasın.
Günahı kiçik hesab etməyin aqibəti.
Həzrət Peyğəmbər (s) buyurur: “Mömin öz günahını başının üstündə olan böyük daş parçası kimi görər ki, üzərinə düşməkdən qorxar. Kafir öz günahını milçək kimi görər ki, burnunun önündən keçər”.
Həzrət (s) başqa yerdə buyurur: “Heç bir pis işi kiçik hesab etməyin, baxmayaraq ki, sizin nəzərinizdə kiçik olsa da. Yerinə yetirdiyiniz heç bir xeyir işi böyük hesab etməyin, baxmayaarq ki, nəzərinizdə böyük olsa belə. Heç bir günah həqiqi istiğfar və tövbə ilə bağışlanılmaz deyildir. Heç bir günah təkrar və israr edilməklə kiçik deyildir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930