Möminin keçməli olduğu 3 test
Mьəllif: admin1
Tarix: 25-12-2018, 22:27
Möminin keçməli olduğu 3 test
Din insanı saədətə çatdırmaq üçün gəlmişdir. Ona görə də hər bir insan bu yolda özü üçün örnək və nümunə seçər və onun yolu ilə davam edər.

Əgər mömin olub-olmadığınızı bilmək istəyirsinizsə, gərək İmam Rzanın (ə) buyurduğu meyarlardan keçəsiniz. Belə ki, əziz İmam (ə) buyurur: “Mömində bu üç sifət olmayınca, mömin olmaz:

1. Allahından olan sünnət.

2. Peyğəmbərindən (s) olan sünnət.

3. İmamından (ə) olan sünnət.

Allahın sünnət yolu – sirr saxlamaqdır.

Peyğəmbərinin (s) sünnət yolu – insanlarla mülayim olmaqdır.

İmamımın (ə) sünnət yolu – yoxsulluq zamanı səbirli olmaqdır”.

Beləliklə deyə bilərik ki, həqiqi möminin ilk fəzilətli sifəti sirr saxlamasıdır. Siz necə sirr saxlaya bilirsinizmi?

Sirr saxlamaq – əmanət kimidir. Yəni, kiminsə sirri – sizin yanınıza qoyulan əmanətdir ki, gərək ona vəfalı olasınız və onu ifşa etməyəsiniz. Allah Təala Öz bəndələrinin sirrini gözəl şəkildə saxlayır. Hətta bu sirlərin mələklər tərəfindən qeyd olmasını belə istəmir.

İnsanlara qarşı mülayim olmaq və gözəl əxlaq nümayiş etdirmək – əziz Peyğəmbərimizin (s) sifətlərindən idi. O, özündən kiçiklərə qarşı da, böyüklərə qarşı da həmişə mülayim idi.

Hər nə qədər narahat edici vəziyyətlərlə raslaşsaydı da, özünə hakim olmağı bacarar və heç kəsi incitməzdi. Bütün möminlər də onu məhz bu sifətinə görə mədh edər və onun kimi olmağa çalışardılar.

Allah Təala o Həzrətin (s) bu sifətini Quranda mədh etmiş və buyurmuşdur: “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).

Bütün İlahi peyğəmbərlər (ə) və Məsum İmamlarımız (ə) həyatın ən çətin imtahanlarından keçmişdilər. Onlar hər nə qədər dünya nemətindən məhrum olsalar da, həmişə səbir etmiş və əllərində olana qane olmuşdular.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yoxsulara maddi yardım edərsə və insanlarla insafla rəftar edərsə, belə insan həqiqi mömindir”.

İmam Əlinin (ə) özü ac olduğu halda, yeməyini yoxsullara verməsi hekayəsini hamımız yaxşı bilirik. Bu sifət bütün Məsum İmamlarımızda (ə) həmişə özünü göstərmişdir. Ona görə də əgər həyatın bu çətin anlarında səbirli ola biliriksə, deməli, həqiqi mömin olmağa yaxınlaşırıq.

Allah bütün bəndələrini həqiqi möminlərindən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031