İnsanlarla yola gedirsinizmi?
Mьəllif: admin1
Tarix: 20-01-2018, 10:57
İnsanlarla yola gedirsinizmi?
Bir diqqətsiz insan maşınını çox pis yerdə saxlayır ki, tez bir şey alıb qayıtsın. Onun ardınca gələn başqa bir maşın isə onun bu hərəkətini qəbul edə bilmir və ona pis sözlər deməyə başlayır. Həmin şəxs nə qədər üzr istəyirsə, bu nadan qəbul etmir.

Bu səhnəni görən zaman zehnimə belə bir sual gəldi: axı Qiyamət günü bizə sual verəcəklər ki, insanlarla necə yola gedirdin, bu vəzifəni necə yerinə yetirirdin? Bəs bu suala necə cavab verəcəyik?

Biz elə bir dinin davamçılarıyıq ki, bizim üçün əsil örnək olan Peyğəmbərin (s) kobudluq və insanları təhqir etmək kimi pis sifətləri qətiyyən yox idi. İnsanları hidayət etmək üçün heç bir zaman zor gücündən istifadə etməzdi. Çünki özünün də buyurduğu kimi, dindar üçün əsil meyar – gözəl əxlaqı olmalıdır.

Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: “Allah Təala mənə vacibatları bərpa etməyi əmr etdiyi kimi, insanlarla mehriban olmağı da əmr etmişdir”.

Əslində Həzrətin (s) gözəl əxlaqı idi ki, başqalarını ona tərəf cəzb edərdi. Quran da bu həqiqəti təsdiq edir və buyurur: “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”.

(“Ali-İmran” 159).

Ona görə də bu ağır iqtisadi şəraitdə başqalarını başa düşməyə çalışaq və insanlarla yaxşı yola gedək. Əgər qarşı tərəfin halını başa düşməyə çalışsaq, şübhəsiz ki, Allahın qarşısına üzüağ çıxa biləcəyik.

İmam Rza (ə) buyurur: “Allah Təala peyğəmbərinə (ə) vəhy edir: “Mən səni insanlarla mehriban olmağının səviyyəsinə görə tənbeh edəcəyəm, necə ki, vacibat barəsində tənbeh edəcəyəm"”.

Əgər imanımız varsa, gərək mehriban olaq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930