Qonaq gedən insan nələrə riayət etməlidir?
Mьəllif: admin1
Tarix: 26-03-2019, 21:51
Qonaq gedən insan nələrə riayət etməlidir?
İslam dini kamil din olması səbəbindən, insanların səadətə çatması üçün hər bir sahəyə aid ədəb və qanun qaydaları təyin etmişdir ki, onlara riayət edərək xoşbəxt həyat sürə bilərik.

Bəşərin ən mühüm hidayət vasitəsi isə əlbəttə ki, Qurandır. İnsana lazım olan hər şey Quranda yazılmışdır.

İnsanların ictimai rabitələrini gücləndirən amillərdən biri də qonaq getmək mədəniyyətidir. İslam dinində qonaq getmək ədəbi ilə tanış olaq.

Qonaq gedən insan nələrə riayət etməlidir?

1. Quranın nəzərinə görə, insan qonaq getmək istəyən zaman gərək qarşı tərəfi xəbərdar etsin ki, həmin şəxs də bu qonağı qarşılamağa hazır olsun.

“Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə,bu, istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra, söhbətə qapılmayıb dağılışın”. (“Əhzab” 53).

2. Evə daxil olmazdan əvvəl icazə almaq lazımdır. “Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almayınca və həmin evin adamlarına salam verməyincə, daxil olmayın. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz”. (“Nur” 27).

3. Ev əhlinə salam vermək. “Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almayınca və həmin evin adamlarına salam verməyincə, daxil olmayın. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz”. (“Nur” 27).

4. Ev əhlinə mane olmamalıdır. Qonaq bilməlidir ki, onu müəyyən zaman üçün evə dəvət ediblər. Ona görə də uzun zaman orada qalmağı məsləhət deyildir. Quran buyurur ki, o zaman yeməyinizi yediniz, söhbətə başınız qarışmamışdan əvvəl dağılışın.

5. Möminin dəvətini qəbul etmək. İmam Sadiq (ə) buyurur: “Möminin mömin üzərində olan vacib haqlarından biri də odur ki, onun dəvətini qəbul etsin”.

4. Ev sahibini təklif etdiyi yerdə əyləşmək. İmam Baqir (ə) buyurur: “Nə zaman sizlərdən biriniz qardaşınızın evinə daxil olarsınız, ev sahibi harada desə, orada əyləşin. Çünki ev sahibi öz otağının vəziyyətinə qonaqdan daha çox tanışdır”.

Quranın ev sahibinə tövsiyələrinə nəzər salaq.

1. Yeməyi tez hazırlamaq və süfrə açmaq. “Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi”. (“Hud” 69).

2. Qonağı əziz tutmaq. “İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?”. (“Zariyat” 24).

Həzrət Əmirəl-möminin (ə) can verən zaman övladlarına tövsiyə etdiyi vəsiyyətlərdən biri də qonağı əziz tutmaq olmuşdur...



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930