Meyiti qəbrə tez qoymayın!
Mьəllif: admin1
Tarix: 16-04-2017, 09:37
Meyiti qəbrə tez qoymayın!
Həzrət Əba Abdullah (ə) buyurur: “O zaman ki, mömin qardaşını qəbrə tərəf aparırsan, onu dərhal qəbrə qoyma, bu yolla qəbri və meyitin daxil olmasını onun üçün çətinləşdirmə. Bəlkə meyiti qəbrin aşağı hissəsindən 2-3 zərə (məsafə ölçüsüdür) fasilədə qərar ver ki, hazırlıq əldə etsin. Sonra onu qəbrin dibinə qoy və əgər bacarsan, üzünü torpağa toxundurasan. Ona görə də üzünü aç və torpağın üzərində qoy. Yaxşı olar ki, meyitin vəlisi meyitin başının cənub tərəfində dayansın və şeytandan Allaha pənah aparıb, sonra “Fatihə”ni, “Nas”ı, “Fələq”i, “İxlas”ı, “Ayətül-kürsü”nü oxusun. Ondan sonra haqq əqidəsini dilinə gətirsin və İmamları (ə) bir-bir etiraf etsin və ta İmam Zamana (ə.f) qədər gəlib çatsın”.

Əziz İmam (ə) bu yolla möminlərə başa salmağa çalışır ki, meyit daxil olacağı evi ilə əvvəl tanış olmalı, ona daxil olmağa hazırlaşmalıdır. Ondan sonra onu qəbrə qoymaq lazımdır. Yəni, qəbrin böyük qorxu və dəhşəti vardır. Ona görə meyiti tez qəbrə qoymağa tələsmə. Ona fürsət ver, qoy özünü hazırlasın. Sonra yavaş-yavaş onu qəbrə yaxınlaşdırmağa çalış.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930