İmamın, onu qonaq çağıran kişi qarşısında qoyduğu 3 şərt
Mьəllif: admin1
Tarix: 26-01-2022, 22:55
İmamın, onu qonaq çağıran kişi qarşısında qoyduğu 3 şərt
Əllamə Məclisi Biharul-Ənvar əsərində (cild-72, səh-451) İmam Sadiqdən belə bir hədis nəql edir:

“Bir kişi İmam Əlini evinə qonaq olaraq dəvət etdi. İmam Əli buyurdu: Bunun üçün 3 şərtim var. Kişi soruşdu: O şərtlər nədir? İmam buyurdu:

1-Mənim üçün bir şey hazırlayırsansa bunu evin xaricindən etmə!, (Yəni evində nə var onu süfrəyə qoyacaqsan və qonaq üçün əlavə bazarlıq etməyəcəksən ki qonaq da həmişə sənin yediyindən yesin)

2- Evində olanı yığıb saxlama (Yəni qonaq gəlibsə hər nəyin var onun qarşısına qoy və onun bitəcəyindən qorxma, Allaha təvəkkül et. Çünki qonaq gələndə ruzini gətirər, gedəndə evdən günahların təsirini və bəlaları aparar)

3- Ailənə qarşı insafsızlıq etmə və onları sıxıntıya salma (Yəni bir qonaqlığa görə ailəni çətinliyə salma və həmçinin ailənin yediyindən qonağa ver. Elə etmə ki ailənin və uşaqların gözü qonağın yeməyində qalsın.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930