Mənzillərimiz necə olmalıdır? – Quranın nəzəri
Mьəllif: admin1
Tarix: 7-07-2018, 10:33
Mənzillərimiz necə olmalıdır? – Quranın nəzəri
Ustad Qiraətinin buyurduqlarından bəlli olur ki, Quranın məskən barəsində dəqiq nəzərləri vardır.

Quranın nəzərində münasib olan məkan necə olmalıdır?

1. Rahatlıq yeri olmalıdır. “Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi”. (“Nəhl” 80).

Yəni, qaldığımız məkan elə olmalıdır ki, bizə hüzur gətirsin. Bayırın səs-küyündən uzaq olsun və ruhumuzu rahatlada bilsin.

2. Örtülü olmalıdır. Çox təəssüf ki, bu gün bina evlərində yaşayan insanların həyatları bir-birindən gizli və örtülü deyildir. Çünki bəzən insan həyası əldən gedir. Halbuki, ev həm həyanın və həm də iffətin qoruyucusu olmalıdır. Başqa insanlar daxildə baş verənlərdən xəbərdar olmamalıdır.

3. Qapılar üzbəüz olmamalıdır. Quranın nəzərinə görə, evin otaqlarının qapıları bir-birindən uzaq olmalıdır. Uşaq öz otağına girmək üçün ata və anasının otağından keçməli deyildir.

4. Mətbəx. İslamın nəzərinə görə, mətbəx aşkar yerdə olmalı deyildir. Elə yerdə olmalıdır ki, evin xanımı öz iffətini qoruya bilsin.“Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi”. (“Zariyat” 26). Yəni, mətbəx gözdən uzaqda olmalıdır ki, qonaq orada nə bişdiyini görməsin.

5. Ayaq yolunun yeri. İslamın nəzərinə görə, ayaq yolu evin görünməyən yerində olsa, daha yaxşı olar. Ancaq bina evində yaşayan insanlar üçün bu, bəzən çətin olur. İmam Sadiq (ə) bu haqda buyurur: “Məgər görmürsən ki, insanın inşa etdiyi ən gözəl ev odur ki, ayaq yolu evin ən gizli yerində olar?”.

6. Evin genişliyi. İslamın nəzərinə görə, ev o qədər geniş olmalıdır ki, ev əhli üçün rahat olsun. Qonaq qəbul edən zaman darlıq hiss olunmasın. İmam Sadiq (ə) buyurur: “Hər kim evini ehtiyacından böyük inşa edər, Qiyamət günü onu həml etməyə vəzifələndirilər”.

İmam Əli (ə) buyurur: “Əgər mömin dünyada axirəti ardınca olarsa, gərək özü üçün geniş ev inşa etsin ki, orada qonaqlıq verib, sileyi-rəhm etsin. O evdə Allahın və insanların haqqını əda etsin”.

7. Təmtəraqdan uzaq. Quran və hədislərimiz evin sadə olmasını tövsiyə edir və təmtəraqdan uzaq olmağı məsləhət görürlər. Evin sadə olması insan ruhunu rahatladar və əlavə təşvişlərdən uzaq saxlayar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930