Behiştdə tikilən evin inşaat materiallarından ən mühümü – namazdır
Mьəllif: admin1
Tarix: 14-01-2018, 20:43
Behiştdə tikilən evin inşaat materiallarından ən mühümü – namazdır
İnsan öz bədənini yemək yeyərək, su içərək inkişaf etdirə bilər. Ancaq ruhunun inkişafı başqa yolladır. Bircə dənə günah belə, insanın ruhunu dağıtmağa qadirdir. Əgər insan bir yaxşı əməl etsə, əksinə, ruhuna güc verər.

İmam Rza (ə) buyurur: “Allah Təala peyğəmbərlərindən (ə) birinə vəhy edir: “Nə zaman Mənə itaət olunsa, razı olaram. Nə zaman razı olsam, bərəkət verərəm. Mənim bərəkətimin sonu yoxdur””.

Bu hədisə görə o kəs ki, günah işlədər, İlahi rəhmətdən uzaq olar, hər nə qədər günahı artarsa, daha çox uzaq olar.

İlahi qəzəbin kökü – bizim batinimizdədir. Allah varlığımızı elə xəlq etmişdir ki, bir sıra olmalı və olmamalılar vardır. Əgər biz Onun buyurduqlarının əksinə əməl etsək, biz özümüz özümüzə zülm etmiş olarıq. Bu, bizim Allahdan uzaq olmağımıza səbəb olar. Allahdan uzaq olmaq – Onun qəzəblənməsi deməkdir.

Allah Təala buyurur: “Paklardan yeyin və için. Əgər bunların əskinə tüğyan etsəniz, İlahi rəhmətdən uzaq olarsınız və süqut edərsiniz”.

Ona görə də deməyək ki, Allah bizə qəzəblənmişdir. İnsan özü Allahdan uzaqlaşar və bu qəzəb insanın özünün batinindən qaynaqlanar. Allah niyə qəzəblənər ki? Allah qəzəblənməz, əslində sən özün İlahi rəhmətdən uzaqlaşarsan. Allah buyurur ki, Mən bu gözəl fəzanı sənin üçün hazır etmişəm. Niyə bu fəzadan uzaqlaşırsan?

Həzrət Peyğəmbər (s) meraca gedəndə müşahidə edir ki, mələklər behiştdə ev tikirlər və bir qədər işləyir və fasilə verirlər. Həzrət (s) bunun səbəbini Cəbrayildən (ə) soruşur və Cəbrayil (ə) belə cavab verir ki, inşa etmək üçün vəsait olmalıdır. Tədarük etmədən bina inşa etmək olmaz.

İnsan əgər yaxşı əməllər görərsə, axirətinə lazım olan vəsaitləri göndərə bilər. Bu əməllərdən ən mühüm və ən lazımlısı – namazdır.

Əgər insan namazını düzgün qılarsa, lazım olan vəsaitləri göndərə bilər. Namazı düzgün qılmağın yolu budur ki, namazda dünyadan heç bir şey xatırınə gəlməsin. Dünya hadisələri namazda yadından çıxsın və diqqət ancaq Allahda olsun. Bu namazın həqiqətən də bərəkəti olar.

İmam Sadiq (ə) buyurur: “Allah namazqılan biz Əhli-beyt (ə) davamçılarının bərəkətinə görə namaz qılmayan Əhli-beyt (ə) davamçılarının əzabını dəf edər. Əgər onların hamısı namazı tərk etsəydilər, mütləq həlak olardılar”.

“Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi”. (“Bəqərə” 251).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930