Döyüşlər zamanı möminlərə necə İlahi yardımlar edilirdi?
Mьəllif: admin1
Tarix: 13-01-2019, 23:11
Döyüşlər zamanı möminlərə necə İlahi yardımlar edilirdi?
Allahın müsəlmanlara döyüş zamanı qeybi yardımlarından biri yağış vasitəsilə olmuşdur. Belə ki, Bədr döyüşü zamanı Qureyş ordusu müsəlmanlardan əvvəl Bədr quyularına çatırlar.

Oranı zəbt edir və yolları bağlayırlar. Müsəlmanlar da çarəsiz qalaraq, susuz və qumlu səhradan getməli olurlar. Qum onlara hərəkət etmək üçün mane olurdu.

Bu zaman bir tərəfdən düşmən ordusunun çoxluğu və hərbi sürsatla təchiz olması, bir tərəfdən hərəkətin çətin olması onları qorxurdu.

Susuzluqları o həddə çatır ki, artıq hərəkət edə bilmirlər. Şeytan (lən) da fürsətdən istifadə edib, onlara vəsvəsə edir və qaçmağa dəvət edirdi.

Bu zaman İlahi yardım onların imdadına çatır. Yağış yağır və şeytanın vəsvəsələrinə qalib gəlir. Yağış ayaqlarının altındaolan qumu bərkidir və hərəkət üçün asanlaşdırır. Su damcıları yığılıb, onları sirab edir. Bu yağış müsəlmanların qəlbini bir-biri ilə möhkəm bağlayır. Onları bir-birinə yaxın edir və onlar sabitqədəm olurlar.

Bəzi Quran ayələri İlahi yardımları yüngül və qısamüddətli yuxu şəklində olduğunu bəyan edir.

”O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi”. (“Ənfal” 11).

Təfsirçilərin nəzərinə görə, Allah Təala bu cür yardımları ilə müsəlmanların qəlbinə rahatlıq vermişdi. O zaman ki, möminlər yatırdılar – həm istirahət edir və həm də qorxuları aradan gedirdi. Oyanan zaman isə gümrah olur və şücaətləri artırdı. Bu ayə, Bədr döyüşü barəsində nazil olan ayələrdəndir.

Bu cür yardım Ühüd döyüşündə də Peyğəmbərin (s) bəzi səhabələrinə şamil olmuşdu. “Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü”. (“Ali-İmran” 154).

Təfsirçilər deyir ki, baxmayaraq ki, bütün yuxular Allah tərəfindəndir, ancaq bu yuxu onunla fərqlənirdi ki, qorxan insan heç bir zaman yata bilməz. Ancaq müsəlmanlar düşmən ordusunun çoxluğundan qorxduqları bir halda, möhkəm yatırlar və bu qorxu oyanan zaman onları tərk edir.

Ona görə də bu cür yuxuları İlahi yardım adlandırırlar.

Düşmənin qəlbində qorxu və təşviş yaratmaq – İlahi yardımların başqa bir növüdür. Qurani-Kərim bu cür qorxulara 4 dəfə işarə etmişdir.

Bu İlahi qorxu sayəsində düşmən ümidsiz olmuş və giriftar olduğunu düşünmüşdür. “Tezliklə kafirlərin qəlblərinə Allahın,(haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir”. (“Ali-İmran” 151).

Bu ayə - Ühüd döyüşü barəsində nazil olan ayələrdəndir. Əgər o çətin zamanda düşmən qəlbinə bu qorxu nazil olmasaydı, onlar Mədinəyə hücum edər və İslam dinini böyük təhlükə ilə qarşı-qarşıya qoyardılar.

Onların belə qərarları var idi, ancaq anidən qəlblərinə daxil olan qorxu və təşviş onları bu qərardan çəkindirdi və müsəlmanlara yardım etdi.

Həmin qorxunu Bədr döyüşündə də görmək olar. “O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin»”. (“Ənfal” 12).

Bu qorxu sayəsində sayı çox olan Qureyş ordusu ümidini itirdi və müsəlmanlarla döyüşməkdən dəhşətə düşdülər. Nəticədə isə bu qorxunun sayəsində məğlub oldular.

Bu qorxunu yəhudi tayfası olan Bəni-Qüreyzə ilə döyüşdə də görmək olar.

Nəticədə onlar təslim oldular. “Allah kitab əhlindən (Bəni-Qüreyzə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi, qəlblərinə qorxu və vəhşət saldı. Siz (onlardan) bir qismini öldürür, bir qismini də əsir alırdınız”. (“Əhzab” 26).

Başqa yəhudi tayfası olan Bəni-Nəzir ilə döyüşdə də həmin hadisənin yenə şahidi oluruq. Bu qorxu onları hərəkət etməkdən saxlayır və evlərini öz əlləri ilə viran edirlər.

“Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur.

Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən)saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın”. (“Həşr” 2).

Onlar Peyğəmbərdən (s) xahiş edirlər ki, vətənlərindən uzaqlaşmaqları ilə kifayətlənsin və onları öldürməsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031