İnsana arxayınlıq və xatircəmlik bəxş edən qorxu hissi
Mьəllif: admin1
Tarix: 8-06-2021, 10:33
İnsana arxayınlıq və xatircəmlik bəxş edən qorxu hissi
Xof ərəb dilindən qorxmaq deməkdir. Bu Qurani-Kərimdə bəzən xəşyət, vəcəl və rəhbət kəlmələri ilə də ifadə olunur. Onların arasında azacıq fərq olmasına baxmayaraq, əsasən qorxu mənasında ifadə edilirlər.

Qorxu mənfi haldır. İnsan qorxduğu məsələnin həllində də aciz qalar. İnsan qorxduğu məsələdən uzaq gəzdiyindən onun həllinə də nail ola bilmir.

Xüsusilədə psixoloji baxımdan qorxuya qalib gəlmək üçün qorxulu məsələnin birbaşa içinə daxil olmaq gərəkdir.

Burada bir məqamı da diqqətə çatdırmaq lazımdır ki müəyyən bir təhlükələr qarşısında ehtiyat etmək qorxu sayılmır. Amma ehtiyat edərkən ifrata yol vermək də qorxu sayılır.

Hər halda qorxu ümumi şəkildə mənfi bir halət kimi vəsf edilir.

Müsbət hesab edilən qorxu hissi yalnız Allaha qarşıolanıdır. Qəlbində Allah qorxusu və xofu olan insan günaha da mürtəkib olmaz.

Axirət və cəhənnəm əzabına düçar olmasın deyə Onun əmrlərinə itaət edər. Mömin Allahın vəliyyi və dostudur. Buna görə də Allah Qurani-Kərimdə buyurub:

"Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər."

Yəni Allahdan qorxmaq müsbətdir. Allahdan qorxan günah əhli olmaz və bunun əvəzinə Allahın vəliyyi və dostu olar. Nəticədə isə qəlbində Allah qorxusu olanın heç nədən qorxusu və qəm-qüssəsi olmaz.

Odur ki alimlər deyir: Bütün qorxular qorxaqlıqdır. Yalnız Allahdan qorxmaq xatircəmlik, təskinlik və arxayınlıqdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930