Faydalı qorxu
Mьəllif: admin1
Tarix: 26-06-2020, 08:56
Faydalı qorxu
Hər birimizin bu dünyada qorxularımız vardır. Bəziləri ata və anasının onun xatasından agah olmasından qorxur, bəziləri çox sevdiyi şeyləri əldən verməklərindən qorxur, bəziləri də çatmaq istədikləri məqama çatmamaqdan qorxurlar.

Bu dünya qorxuları ilə yanaşı, axirət qorxuları da vardır ki, insanı təhrik edər və ona ziyan deyil, fayda gətirər.

“Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar”. (“Yunus” 62).

İlahi övliyaların heç qorxusu olmamışdır – deyənlər səhv edirlər. Elə bir insan yoxdur ki, onun qorxusu olmasın.

İmam Əli (ə) İlahi övliyaların qorxusu barəsində buyurur: “Qorxu başdan-ayağa qədər onları əhatə etmişdir”.

Ancaq bu, müqəddəs və ali bir qorxudur, inkişaf etdirən bir qorxudur.

Bəs biz Allahdan qorxuruq, yoxsa cəhənnəm əzabından?

İnsan adətən əzabdan qorxur və Qiyamət günü əzab günü olduğu üçün, ondan qorxur. Ondan sonra gələcək günlər üçün də qorxur.

Nəticədə bu Allahdır ki, həmin əzabları icad etmişdir və ona görə də Allahdan da qorxur. Lakin bu, o demək deyildir ki, Allah qorxuludur. Əslində insanın qorxu amili əzabdır ki, əməlləri sayəsində düçar olacaqdır.

O zaman ki, atəş insanın əlindədir, ondan qorxmaq lazım deyildir. Çünki istədiyi zaman bu atəşi azaldıb-çoxalda bilir. Belə bir atəş rəhmət və zəhmətləri azaldandır.

Ancaq o zaman bu atəşin alovlanmasına səbəb olan vasitə insanın özü olarsa və özü həmin atəşin odunu olarsa, bu zaman həmin atəş qorxuludur.

Ona görə də Qurani-Kərim buyurur ki, əgər Quran kimi bir kitab yaza bilmirsənsə ki, heç bir zaman bacarmazsan, o zaman özünün “Və əgər (belə bir işi) etməsəniz – heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin. Atəşin odunu olmağından qorxmalısan”. (“Bəqərə” 24).

Ona görə də insan unutmamalıdır ki, axirətdə atəşə düçar olmağının səbəbi – öz əməlləridir və qəlbinin qəsavət bağlamasıdır. Əgər qəlbi qəsavət bağlayarsa, o zaman daşdan da sərt olar. Bu daşda nə bir bitki cücərə bilər və nə də icazə verər ki, bir şey cücərsin. Nə qədər sulasan da, yenə də faydasızdır.

Beləliklə deyə bilərik ki, insanın axirətinə görə qorxması, əzabdan və cəhənnəmdən qorxması – faydalı qorxulardır və bu qorxular insanı xeyrə doğru təhrik edər.

Axirəti və əməlləri haqqında düşünməyə vadar edər ki, nəticədə də qəsavət bağlamış qəlbini müalicə etməyə qalxar. Axirətinin yaxşılaşması üçün səy göstərər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031