Əbu Süfyanın canına qorxu, möminlərə izzət bəxş edən “Həmraul-əsəd” döyüşü- Bu gün
Mьəllif: admin1
Tarix: 22-06-2018, 22:10
Əbu Süfyanın canına qorxu, möminlərə izzət bəxş edən “Həmraul-əsəd” döyüşü- Bu gün
İslam dini ilk nazil olduğu gündən müşrüklərin, ədalətə qarşı çıxan insanların maneələri və təcavüzləri ilə qarşılaşmağa başladı.

Bu gün də İslama və müsəlmanların vəhdət və güclənməsindən narahat olanlar və buna qarşı mübarizə aparanlar vardır.Bu maneələr döyüş, iqtisadi məhrumiyyətlər, xain təbliğatlar, yaxud müxtəlif iyrəc vasitələrlə həyata keçrilir.

Hələ İslamin ilkin çağlarından müsəlmanlar müşriklərlə, İslam düşmənləri ilə müxtəlif şəkildə mübarizələr aparırdılar. Hər cür hiylə və hücumların qarşısında mətanətlə dururdular.

Bu müharibələrin bəzisində Peyğəmbər (s) özü şəxsən iştirak edirdi. Bunlardan biri də “Həmraul-əsəd” ğəzvəsidir (döyüşü).

“Həmraul-əsəd” döyüşü tarixdə hicrətin 3-cü ilində şəvval ayının 8-də, Uhud döyüşündən bir gün sonra olduğu bildirilir.

Bu döyüş əsasən müsəlmanların məğlubiyyətini görüb, Uhud döyüşünün ardınca Mədinəyə hücum etmək planlarının qarşısını almaq üçün olmuşdur. Mədinəyə gələn bir nəfər Həzrət Peyğəmbərə (s) xəbər yetişdirir ki, müşrüklər müsəlmanların məğlubiyyətindən istifadə edib Mədinəyə hücum etmək istəyirlər.

Bu xəbəri eşidən Peyğəmbər (s) Bilala nida çəkməsini istəyir və ordunun tez yığılıb yola düşmə əmrini verir. Ordu hazır olur. Peyğəmbər (s) Abdullah ibn Ummu-Məktumu Mədinədə canişin təyin edib, ordu ilə şəhəri tərk edir.

İslam ordusu “Həmraul-əsəd” adlı məntəqədə müşrüklərlə qarşılaşır. Arada güclü toqquşma baş verməsə də tarixdə bu qarşılaşmada 2 müsəlmanın şəhid edildiyi deyilir.

Həmçinin tarixi məlumatlarda qeyd olunur ki, şairlər və Mədinədən gələn nümayəndələr müsəlmanların əzmi və rəşadəti barədə şerlər söyləyir və bunula da Əbu süfyanın canına qorxu düşür. Həzrət Peyğəmbərlə (s) müqvilə bağlayıb geriyə Məkkəyə qayıdırlar. Müqviləyə əsasən müsəlmanlar da onları təqib etmirlər.

Bu qarşılaşma müsəlmanların gələcəyi baxımından cox əhəmiyyətli idi. Çünki müşrüklər Uhud qələbəsindən istifadə edib müsəlmanları tam yox etməyə çalışırdılar. Həzrət Peyğəmbər (s) bunu bilib dərhal hərəkətə keçmək əmri verir.

Mənbə- (Kitabul-məğaziri 1/399) (Bəlaziri. Ənsabul-əşraf. 1/403)

“Həmraul-əsəd” qəzvəsinin İslam tarixində böyük əhəmiyyəti vardır. Ali-İmran surəsinin 172-175-ci ayələri bu döyüşün əhəmiyyətinin əks etirərək möminlərin rəşadətini tərif edir. Mömünlərin həmən gündəki rəşadəti olmasaydı Mədinə işğal olacaqdı.

Ali-İmran surəsi:

“Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!

O kəslər ki, xalq onlara: 'Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!' - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: 'Allah bizə bəs edər. O nə gözəl vəkildir!' – deyə cavab verdilər...”




(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930