Bu gün Uhud döyüşü və şəhidlər sərvəri həzrət Həmzənin şəhadət günüdür
Mьəllif: admin1
Tarix: 21-06-2018, 10:27
Bu gün Uhud döyüşü və şəhidlər sərvəri həzrət Həmzənin şəhadət günüdür
Bu gün İslam dini əlimizdə olaraq bir ilahi lütfdür. Bu din bu günlərə heç də asanlıqla gəlib çıxmayıb.

İslamın şanlı səhifəsində nə qədər şəhidin, fədainin zəhməti və mübarək qanları ilə yazılmış tarix səhifəsi vardır. İlki müsəlman olan əziz İslam Peyğəmbəri (s) və möminlər bu yolda nə qədər əziyyətlərə qatlaşmışlar.

Bu mübariz və rəşadətli, öz qanını İslam yolunda fəda etmiş şəxslərdən biri də həzrət Həmzədir.

Bu gün şəvval ayının 7-si İslam tarixinin şanlı səhifəsində Uhud döyüşünün il dönümüdür. Bu gün İslamın ilk şəhidlər sərvəri həzrət Həmzənin şəhadət günüdür.

Qeyd edək ki, həzrət Həmzənin peyğəmbərə (s) iman gətirməsi və onun cəngavərliyi peyğəmbərin və Bəni-haşimin bütpərəstlər qarşısında təhlükəsizliyini təmin edən əsas amillərdən idi.

Həzrət Həmzə peyğəmbərmizin (s) əmisi və ən yaxın dostu olmuşdur. Həmzə Qureyşin dəyərli və hörmətli adamlarından hesab olunurdu. Heç nədən qorxmayan, igid bir qəhrəman idi. Onun Bədr və Ühud döyüşlərində sərkərdəliyi və göstərdiyi şücaətlər Peyğəmbərin dilindən düşüməzdi.

Əziz İslam Peyğəmbəri (s) həzrət Həmzə barədə buyurardı: «Qardaşlarımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı Həmzədir».

Uhud döyüşü müsəlmanlarla müşrüklər arasında Bədr döyüşündən sonra ikinci döyüşdür. Bu döyüş hicrətin 3-cü ilində Uhud dağı yaxınlığında baş verib. Öncə müsəlmanlar üstünlük əldə edir.

Qələbənin sevinci müsəlman ordusunu pərakəndə hala salır və oxçuların mövqelərini tərk etməsi döyüşün müqəddəratını dəyişir və müsəlmanlar məğlub olur.

Həmçinin döyüşdə həzrət Həmzənin xaincəsinə arxadan vurulması yenicə təşkilatlanmış müsəlman ordusunun ruhiyyəsinə güclü mənfi təsir edir. Beləki döyüş əsnasında Müaviyyənin anası, Yezidin nənəsi, Əbu Süfyanın yoldaşı olan Hindi adlı qadın qara dərili bir qul vasitəsi ilə Həmzəni arxadan xaincəsinə nizə ilə vurdurur.

Döyüşdən sonra isə o həzrətin ciyərini xəncərlə yarıb çıxarır və ağzına alıb çeynəyir ki, ürəyi soyusun.

Allahın şiri ləqəbli, səhraların tənha aslan ovcusu olan, heybətindən hər kəsin qoxduğu, peyğəmbərin (s) və İslamın qoruyucusu olan o vəfalı cəngavər Uhudda şəhid olur.

Həmzənin həyat səhifələrini varaqladıqda onun iman və əməl baxımından fəzilətləri və yüksək məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir.

İmam Baqirdən (ə) nəql olunan hədisdə buyrulur: «Ərşin sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin sərvəridir».

Həzrət Əli (ə) özü uca məqama malik olmasına baxmayaraq xilafət barəsində olan məclislərin birində ordakılara xatırladır: «Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930