Zil-qurba kimdir?
Mьəllif: admin1
Tarix: 16-02-2018, 10:17
Zil-qurba kimdir?
Əziz Peyğəmbər Mədinəyə hicrət etdikdən və Mədinədə İslam dövləti qurulduqdan sonra müxtəlif yəhudi tayfaları ilə əhdlər bağlandı.

Yəhudilərin müsəlmanlara etiraz edib onlara mane olmamaları və müsəlmanların düşmənləri ilə həmkarlıq etməmələri ilə bağlı razılıq əldə olundu.

Lakin bu tayfaların heç biri öz əhdinə vəfa etmədi və məxfi şəkildə bir tərəfdən Məkkə müşrikləri, digər tərəfdən isə Mədinə münafiqləri ilə əlaqə qurdular. Hətta İslam peyğəmbərinin əleyhinə döyüş təşkil olunması üçün zəmin yaratmağa çalışdılar.

Münafiqlər onlara söz vermişdilər ki, əgər siz Mədinəyə hücum etsəniz biz iki min nəfərlik dəstəmizlə sizə kömək edəcəyik.

“Münafiqin” surəsində münafiqlərin uyğun hədəfinə işarə edərək buyurulur: “ Onlar deyirlər: “Əgər (bu döyüş səfərindən) Mədinəyə qayıtsaq, mütləq ən əzizlər ən zəlil olanları (münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını) oradan çıxaracaqdır” (“Münafiqun”, 8);

Münafiqlər deyirdilər: ”Biz izzətliyik, müsəlmanlar isə Məkkə səfilləri və zəlil insanlardır. Biz onları xaric edəcəyik.”

Girami Peyğəmbər (s) bundan xəbər tutduqda döyüş üçün hazırlaşdı və sonda bir sıra döyüşlər baş verdi . Bu döyüşlərdən biri də Xeybər döyüşü idi.

Xeybər döyüşündə yəhudilərin ən mühüm strateji qalası olan Xeybər qalaları (“Onlar da hasarlarının və qalalarının onları Allahdan saxlayacağını güman edirdilər”; “Həşr”, 2)

Əmirəlmömininin qüdrətli əlləri ilə fəth olundu. Xeybərin fəth xəbəri Fədək əhalisinə çatdı. Onlar Xeybər əhalisinin başına gələnlərdən amanda qalmaq üçün peyğəmbərə müqavilə bağlamağı təklif etdilər.

Sonda Fədək böyükləri təklif etdilər ki, biz torpaqlarımızı və mülkümüzü sizə veririk. Şərtimiz budur ki, öldürülməyək. Girami peyğəmbər (s) bu təklifi qəbul etdi və onlar hər biri mülklərindən bir dəvə dəyərində götürüb qalanını peyğəmbərə verdilər.

Quran “Həşr” sürəsinin 6-cı ayəsində bu macəraya işarə edərək buyurur: “Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız, nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz).

Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir.” Ayənin məzmunu belədir: Hərbi qüvvənin iştirakı olmadan, həmin torpaqların sakinlərinin peyğəmbərə bağışladıqları bu torpaqlar müsəlmanların döyüşlərdə qənimət kimi əldə etdikləri digər mülklərdən fərqlidir.

Adətən İslam qoşunları kafirlərlə döyüşdə qalib gəldikdə qənimət götürürlər və bu qənimətlərin beşdə biri peyğəmbərə çatır; “Bilin, əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda qalanlarındır...” (“Ənfal”,41)

Lakin peyğəmbərin özünə təqdim olan mülkün hamısı peyğəmbərin mülkü sayılır. Fiqhdə döyüşlərdə qənimət kimi götürülən mülklərin qisimləri barəsində söhbət olunur. Bu kimi mülklərə aid bir qisim mülkə Həşr sürəsinin 6-cı ayəsində işarə olunur; ayədə buyurulur: “O şeylər ki, Allah ondan peyğəmbərinə bağışlayır, həmin şeylərdir ki, siz əldə etmək üçün nə at çapmısınız, nə də dəvə sürmüsünüz.” Bu mülkün ixtiyarı peyğəmbərdədir və onlardan başqa heç kəsin haqqı yoxdur.

Fədək əhalisi özləri Fədək ərazisini peyğəmbərə təslim etdilər ki, canları amanda qalsın. Bu ərazi peyğəmbərin ixtiyarında olandan sonra bəzi rəvayətlərə görə, uyğun ayə nazil oldu: “Qohumların haqqını və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver.” (“İsra”,26)

Bu mülkün ixtiyarı sizdədir; Lakin “zil-qurbanın” bu mülkdə haqqı vardı. Həqiqətdə göstəriş verildi ki, uyğun mülkün ixtiyar sahibi siz olsanız da, onun bir hissəsini “zil-qurbaya” verin.

Rəvayətlərdə deyilir ki, zil-qurbada məqsəd həzrət Zəhradır. Girami peyğəmbər bu şərafətli ayənin göstərişi ilə Fədəki həzrət Zəhraya bağışladı və həyatı zamanı həmin məkanda oranı idarə etmək üçün bir şəxs təyin etdi. Həzrət özünün və həzrət Zəhranın bir illik xərcini götürür və qalanını həzrət Zəhranın hədiyyəsi kimi fəqirlərə paylaşdırırdı. Peyğəmbər həyatda olanadək bu iş davam edirdi.

Doktor Misbah Yəzdi

Vilayet.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930