Allah Təala İmam Əlinin (ə) vasitəsilə o Həzrətin vilayətini qəbul edənlərin ürəklərini paklayar
Mьəllif: admin1
Tarix: 4-02-2016, 20:46
Allah Təala İmam Əlinin (ə) vasitəsilə o Həzrətin vilayətini qəbul edənlərin ürəklərini paklayar

Yağış – İlahi rəhmətdir ki, Allah tərəfindən arifin qəlbinə yağar. Yağış o zaman yağar ki, arifin buludları lətif külək əsməsi ilə kənara çəkilər və arif Allahın Camal və Cəlal sifətlərini müşahidə edər. Salik təsvir edilməyən bir fərəhə malik olar.
Zahiri yağış da mirvari kimi yerə enərək, İlahi rəhmətdən xəbər verər. Yağış hər şeyi pak edər və nur kimi arifin qəlbinə nazil olar. O yağan zaman arifin qəlbində olan bütün xəbis sifətlər aradan gedər və Allah Təalanın hərəminə çevrilər.
Bəzi ürfani təfsirlərdə yağış – pak edən mənasında işlənir. “Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik”. (“Furqan” 48).
İbn Ərəbi bu ayədəki suyu elmul-yəqin kimi mənalandırır ki, qəlbə nazil olaraq xəbislikləri pak edər. İmam Baqir (ə) bu ayəni mənalandıran zaman buyurub ki, səma – əziz Peyğəmbərdir (s), su – İmam Əlidir (ə). Allah Təala İmam Əlinin (ə) vasitəsilə o Həzrətin vilayətini qəbul edənlərin ürəklərini paklayar.
Həllac deyir: “Rübubiyyətin nişanələrindən və əlamətlərindəndir ki, ona müştaq olan ürəklərə lətif küləklər göndərər və onlara müjdə verər ki, pərdələri aradan qaldırsınlar. Bu zaman onlara ünsiyyət şərabı içizdirər və kərəm küləyi onlara əsər. O zamana qədər ki, bütün gözlər vahid gözlə görər”.
Qəşiri deyir: “Allah ümid küləyini bəndələrinin ürəyinə göndərər, bu yolla ümidsizlik qabarını ürəklərindən silər. Sonra onlara tövfiq yağışı yağdırar, şadlıq qüvvəsi vasitəsilə onları əziz tutar”.
Beləliklə əgər bu ariflərin dili ilə danışsaq, deyə bilərik ki, yağış o zaman ki, səmadan yağar, həyatın bütün gözəlliklərini insana nişan verər. Bütün yaranmışlar – o cümlədən: quşlar, bitkilər, güllər Allahın bu gözəl inayətindən bəhrələnər. Allah Təala tərəfindən olan bu İlahi rəhmət sayəsində sevinər və şadlanarlar. Arif isə ürəyinə yağan rəhmət yağışı sayəsində Allahın Camal və Cəlal sifətlərini görər və müşahidə edər. Şad və xürrəm olar. Qəlbindəki bütün xəbis sifətlər aradan gedər və paklanar. Lakin bu yağış hər qəlbə yağmaz. Münbit torpağı olan qəlbə yağar. Ona görə də hər bir Adəm övladı öz qəlbini bu yağış üçün minbitləşdirməlidir və onu şor torpaqlardan təmizləməlidir.
Hər bir halda bu İlahi rəhmət bütün varlıqların şad və xürrəm olmasına səbəb olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930