Tövbənin dünyəvi nəticələri varmı?
Mьəllif: admin1
Tarix: 20-04-2020, 21:47
Tövbənin dünyəvi nəticələri varmı?
Həzrət Saleh (ə) öz qəbiləsinə deyir: "Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?". ("Nəml” 46).

Bu ayədən göründüyü kimi hər kim tövbə edər, İlahi rəhmətə şamil olar. Lakin Salehin (ə) qəbiləsi tövbə emtədiyinə görə Allah onlara İlahi əzab nazil etdi və onları məhv etdi.

"Beləliklə, o dişi dəvənin ayaqlarını kəsdilər, Rəbblərinin əmrindən boyun qaçırdılar və dedilər: Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir.

Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı”. ("Əraf” 77-78).

Hər kim tövbə edər, sərvət və qüdrət əldə edər. "Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin". ("Hud” 52).

Bəli, Allah bu ayədə buyurur ki, tövbə edən qəbilə üçün Mən yağış nazil edərəm. Yağış isə bolluq və ruzi deməkdir. Çünki susuzluq olarsa, həm məhsul olmaz və həm də dördayaqlı heyvanlar tələf olar.

"Və dedim ki; Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır. Göydən (buluddan) sizə bol yağış göndərsin. Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın". ("Nuh” 10-12).

Yəni, əgər tövbə etsəniz, Allah sizə bu beş neməti verər: sizə yağış göndərər, mal-dövlət verər, övlad nəsib edər, bağlar salar və sizin üçün çaylar axıdar.

Dünya həyatı xoş keçər. "Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin”. ("Hud” 3).

Əllamə Təbatəbai bu ayənin təfsirində buyurmuşdur: "Dünyadan bəhrələnmək o zaman gözəl olur ki, insan bu həyatda onun üçün mümkün olan saədətə tərəf hərəkət edər. Allah onu bütün insanların arzusu olan dünya nemətlərinə: ruzi, təhlükəsizlik, rifah, izzət və şərafətə hidayət edər”.

Tövbə, bəlanın nazil olmasına mane olar. "Lakin, nə qədər ki, sən ("Muhəmməd (s)) onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər), Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir)”. ("Ənfal” 33).

İmam Əli (ə) əziz Peyğəmbərimiz (s) vəfat edəndən sonra buyurmuşdu: "İki amandan biri aramızdan getmişdir. Başqa bir aman olan istiğfarı qoruyun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031