Dostluğu uzun müddət saxlamaq üçün nə edək?
Mьəllif: admin1
Tarix: 18-11-2018, 10:18
Dostluğu uzun müddət saxlamaq üçün nə edək?
Dostluq etmək, dost tapmaq – insanın ictimai ehtiyaclarındandır. Ancaq mühüm olan budur ki, başqa sahələrdə olduğu kimi, bu sahədə də etidala riayət olunsun. Sizin dostunuza qarşı hissiniz lətif və pakdır. Ancaq daima ağıl tərəfindən kontrol olunmalıdır.

Yaxşı dost – insana Allah tərəfindən verilən nemətlərdən biridir. Ona görə də insan gərək bu neməti əldən verməsin. Ona görə də başqa nemətlər kimi onu əziz tutub, onu incitməsin.

Bunu nəzərə alın ki, heç kəsi sizinlə dostluq etməsi üçün məcbur edə bilməzsiniz. Bu yolda təkid etmək mənfi nəticələr gətirər. Hər bir halda dostunuzun da seçmək haqqı vardır.

Sizinlə dostluq etmək istəməyən insanlardan uzaq olun, çünki bu insan dost olmayacaq, məcburi şəkildə yanınızda saxlamaq istədiyiniz insan olacaqdır ki, onun sizə heç bir faydası olmayacaqdır.

İmam Əli (ə) buyurur: “Ən aciz insan o kəsdir ki, dost olmaqda aciz olar. Ondan da aciz olanı o kəsdir ki, əldə etdiyi dostluğunu məhv etsin və əldən versin”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Dünya və axirətin xeyri – yaxşı insanlarla dostluqda cəm olar. Şəri və pisliyi isə şər insanlarla dostluqda cəm olar”.

İmam Əli (ə) yenə buyurur: “Allaha xatir dostluq edən kəslərin dostluğu davam edər. Çünki o dostluğun amili daimidir. (Ancaq) dünyaya görə dostluq edən kəslərin dostluğu qət olar, çünki o dostluğun amilləri tez aradan gedər”.

Beləliklə, dostluğun uzunmüddətli olması üçün insan gərək Allaha xatir dostluq etsin və dostluqda Allaha xatir səbirli və güzəştli olsun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930