Dostunu 3 şeylə imatahana çək: qəzəbdə haqla olması ilə, pulla və səfər yoldaşlığı ilə
Mьəllif: admin1
Tarix: 30-11-2022, 16:54
Dostunu 3 şeylə imatahana çək: qəzəbdə haqla olması ilə, pulla və səfər yoldaşlığı ilə
İmam Sadiq (ə) buyurur: “Dostunuzu iki sifətlə imtahana çəkin. Əgər bu iki sifətə malik olsa, onunla dostluq et. Əks halda ondan uzaq ol. (Bu iki sifət bunlardır:) Namazı vaxtında qılması, qardaşlara çətin və xoş günlərdə yaxşılıq etməsi”.

Dostluğu cəmiyyət ağacının qol və budaqlarına bənzətmək olar. “Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. (“Ali-İmran” 103).

Allah Quran ayələrində bizləri din qardaşlarımızla dost olmağa dəvət edir və buyurur ki, dostluq ruha şadlıq bəxş edir. İnsan çətinliyə düşən zaman dostun vastiəsilə onu aradan qaldıra bilir.

Həzrət Peyğəmbər (s) buyurur: “Baxın görün, kiminlə həmsöhbət olursunuz. O kəsin ki, ölümü gəlib çatar, Allah dərgahında dostları qarşısında mücəssəm olar. Əgər yaxşı insanlardan olsa, o da yaxşıların zümrəsində qərar tutar. Əgər pislərdəndirsə, o da pislərin zümrəsində qərar tutar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbuzər! Saleh dost tənhalıqdan daha yaxşıdır. Tənhalıq pis dostdan daha yaxşıdır”.

İmam Sadiq (ə) buyurur: “Heç kəsi öz dostun adlandırma, məgər o halda ki, üç şeylə onu imtahana çəkərsən. Onu qəzəbləndirib görəsən ki, bu qəzəb onu haqdan batilə çəkirmi. Dirhəm və dinarla, onunla səfər edərək”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, üç dəfə sənə qəzəblənər və sənin haqqında pis söz deməz – onu öz dostun et”.

İmam Baqir (ə) buyurur: “Ən pis dost o kəsdir ki, səni ehtiyacsız olan zaman qoruyar, yoxsul olan zaman boş buraxar”.

Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə, Allahdan qorxun”. (“Maidə” 57).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930