“Daxilini bilmədiyin kəsin dostluğuna rəğbət bəsləmə” Əmirəl-Möminin (ə).
Mьəllif: admin1
Tarix: 16-03-2016, 20:09
“Daxilini bilmədiyin kəsin dostluğuna rəğbət bəsləmə” Əmirəl-Möminin (ə).

Dostluq hər bir insanın ehtiyac duyduğu, onsuz keçinmədiyi bir dəyərdir. Dostluq məhfumu dəyərli olsa da nümunə baxımından ideal dost, praktiki müstəvidə həqiqi dostluq çətin qazanılır və ya az tapılır. Dostluğun nə olduğunu, necə dost qazanıldığını izah etmək fikrində deyiləm, buna maraqlı olanları Dale Careneginin “How to win friends and influence people” adlı kitabını mütaliə etməyə dəvət edirəm.
Qeyd edilən hədis mehvəri əsasında bunu qeyd etmək istərdim ki, bütün dostluqlar, hətta möhkəm və uzun müddətli dostluqlar, müəyyən böyük sınaqlardan sonra büdrəyir, sonluq tapır. Bununsa əsas amili insanların daxili aləmlərinin məhz böyük hadisələrdə təzahür etməsidir. Məsələn, bir nəfərin gəmi ilə səyahəti sevdiyini, bu yöndə heç bir qorxusunun olmamasını dilə gətirməsi mümkündür. Amma həmin şəxs gəmi ilə səyahətə çıxdıqda, heç özünün də əvvəllər aşkarlamadığı bir qorxu ilə “batmaq” qorxusu ilə qarşılaşır. Daha öncə gəmidə səyahəti təcrübə etmədiyi üçün bunun o qədər də qorxulu olmadığını düşünürdü, amma təcrübə zamanı artıq həqiqətin ayrı cür olduğu üzə çıxır.

Dostluqda da bu şərtdir. Kimliyindən asılı olmayaraq biri sizə dostluq elan edirsə - tutaq ki, həmin halda tam səmimidir və daxili dünyasından özünün də xəbəri yoxdur – siz buna inanmazdan öncə onu sınaqdan keçirməlisiniz. Bu sınağın təşkili sizin tərəfinizdən olması zərurəti də yoxdur. Ən azından bu sözü tam əmin olmayın və müəyyən fürsət gözləyin ki, dediyi sözlər praktiki sübuta yetsin. Yoxsa, ona inansanız və hər hansı bir hadisədə bunun belə olmadığı üzə çıxsa, sözsüz ki, mənəvi, psixoloji travma alacaqsınız.

Yaxud, siz özünüzə dost seçmək istəyirsinizsə, dostluğunuzu bildirmədən öncə, qarşı tərəfin dostluğa layiq olduğunu müəyyən etmək üçün fürsət gözləyin. Məhz sınaqdan keçmiş dostluqlar möhkəm və davamlı olur.

Nəticə: Dost seçərkən və ya kiməsə dost olarkən daha öncə təcrübə etmədiyiniz vədlər verməyin. Bu həm sizin üçün həm də dostunuz üçün faydalı olar.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031