Quranda “Ulul-əmr” adlandırılan əmr sahibləri kimlərdir?
Mьəllif: admin1
Tarix: 1-12-2021, 09:57
Quranda “Ulul-əmr” adlandırılan əmr sahibləri kimlərdir?
“Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu, (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”. (“Nisa” 59).

İslam təfsirçiləri bu ayədə adı çəkilən əmr sahibləri barəsində müxtəlif nəzərlər vermişdilər ki, onlarla tanış olaq.

1. Əhli-təsənnün təfsirçilərinin bəziləri bu əqidədədirlər ki, əmr sahibləri – hakimlər və əmirlərdir. Hakimiyyətdə kimdirsə, o da əmr sahibidir. Ona görə də hesab edirlər ki, müsəlmanların vəzifəsi – onlara tabe olub, əmrlərini yerinə yetirməkdir.

2. Bəziləri sayır ki, əmr sahibləri – yüksək təbəqələrin nümayəndələri, hakimlər, əmirlər, alimlər və mənsəb sahibləridir. Amma onlara itaət İslami şərtlər əsasında olmalıdır.

3. Bəzi təfsirçilərin nəzərlərinə görə, əmr sahibləri ilk dörd xəlifəyə aid edilmişdir. Qalan xəlifələr buna aid deyildirlər.

4. Bəzi təfsirçilər əmr sahiblərini səhabələri və Peyğəmbərin (s) davamçılarını hesab edirlər.

5. Bəzi təfsirçilərin nəzərinə görə, əmr sahibləri – İslam oldusuna rəhbərlik edən insanlardırlar.

6. Ancaq bu nəzərlərin hamısı zəifdir və nəqli təsdiqləri yoxdur. Möhkəm dəlillər bunu göstəriri ki, əmr sahibləri deyildikdə, ancaq Məsum İmamlarımız (ə) nəzərdə tutulmuşdur. Onlar İslam cəmiyyətinin həm maddi və həm də mənəvi rəhbərləridirlər. Bütün rəhbərlik işləri Peyğəmbər (s) tərəfindən ancaq onlara tapşırılmışdır.

Beləliklə deyə bilərik ki, bu nəzərlər arasından ancaq sonuncu nəzər məntiqə uyğun nəzərdir. Çünki ancaq Allah tərəfindən təyin edilən rəhbərlər birmənalı əmr sahibləri ola bilər.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930