Bu ayəni niyə “İtaət ayəsi” adlandırırlar?
Mьəllif: admin1
Tarix: 6-05-2018, 23:35
Bu ayəni niyə “İtaət ayəsi” adlandırırlar?
Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan)öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” 59).

Bu ayə açıq şəkildə buyurur ki, iman əhli Allaha itaət etdiyi kimi, Peyğəmbərə (s) və onun canişinlərinə də itaət etməlidir. Canişin deyiləndə adi insanlar deyil, məhz Peyğəmbər (s) kimi ismət məqamına malik olan İmamlar (s) nəzərdə tutulmuşdur.

Bəli, əmr sahibləri – Məsum İmamlarımızdır (ə). Çünki ayədə də deyildiyi kimi, onlara itaət etmək – Peyğəmbərə (s) itaət etmək kimi olmalıdır. Yəni, vacibdir və heç bir şərti yoxdur.

Əhli-təsənnün alimlərinin bəziləri də qəbul edirlər ki, bu ayə məhz İmam Əli (ə) və ümumilikdə Əhli-Beyti (ə) barəsində nazil olmuşdur.

Həmin ayənin davamında oxuyuruq: “Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”.

Bu ayə buyurur ki, əgər aranızda münaqişə və ya mübahisə olsa, onu Peyğəmbərə (s) və əmr sahiblərinə deyin ki, Allahın izni ilə çarə taparsınız. Yəni, hər kim onlara itaət edər və onların sözlərini qəbul edərsə, Allaha itaət etmiş kimi olar. Bu əməl onlar üçün daha yaxşıdır.

Axirətlərini abad edər və həmçinin bu, onların imanlarının nişanəsi olar. Çünki, ancaq bu yolla səadətə çatmaq olar. Onlar yer üzərində olan Allahın hüccətidirlər və hər şeyi bizdən daha yaxşı bilirlər. Çünki onlar Allah tərəfindən seçilmiş və tərbiyə olunmuş məsum insanlardırlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031