İnsanı Allaha yaxınlaşdıran ən yaxşı şey – düzgün itaətdir
Mьəllif: admin1
Tarix: 27-05-2020, 16:58
İnsanı Allaha yaxınlaşdıran ən yaxşı şey – düzgün itaətdir

Həyatımızın bir çox sahəsində itaət edirik. Ancaq kimə və nə üçün? Hətta o kəslərin ki, özlərinə etimad hissi güclüdür, müti olduqlarını etiraf etməyə vadar edilərlər. Bu işi nəfsimiz görər.

İtaət kəndirini hansı tərəfə istəsə, o tərəfə çəkər. Ola bilsin ki, bu itaət yaxşı və ya pis, bir anlıq və ya uzunmüddətli olsun. Lakin ömrümüzün yolunu əvəz edə bilir.

Bizim qarşımızda iki seçim yolu olar: ya şeytanın (lən) yolu ilə getməliyik, ya da Allahın. İslam dini bu iki yolu bizlərə tanıdır ki, öz iradəmizlə bu yoldan birini seçə bilək. Bu yolların heç biri dərd-sərsiz deyildir. Hər birinin öz çətinlikləri vardır.

Əmmarə nəfsinin ardınca gedən zaman nə qədər ziyan gördüyümüzü hamımız təcrübə etmişik. Lakin o zaman ki, iblis (lən) yaşıl işığını yandıır və bizə vəsvəsə edir, biz çox rahat şəkildə öz ayaqlarımızla həmin yola qədəm basırıq. Bu zaman özümüzü şeytanın rəhbərliyinə daxil olarkən görürük.

Əslində biz bu diyarın əhli deyilik, lakin lənətliyə bir dəfə itaət etməklə qonağı oluruq. Həmin diyarın sovqatına çevrilirik. Bəziləri bu yoldan qayıda bilir, lakin bəziləri əbədi olaraq oranın sakininə çevrilir.

«Məni yaradan və daim (məişət və axirət işlərimdə) mənə doğru yol göstərən Odur». (“Şüəra” 78).

“Ey iman gətirənlər, şeytanın addımlarına tabe olmayın. Kim şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, pis əxlaq və pis əməldən) pak olmazdı. Lakin istədiyini(kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir”. (“Nur” 21).

“Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” 59).

Lakin Allaha itaət etməyin başqa rəngi və ab-havası vardır. İnsanı xoşbəxtliyə tərəf aparır. İmam Baqirdən (ə) soruşrular ki, bəndənin Allaha yaxın olmağı üçün ən yaxşı şey nədir? Həzrət buyurur: “Bəndənin Allah Təlaya yaxınlaşmağının ən yaxşı şeyi – Allaha, Peyğəmbərinə (s) və (Peyğəmbərin məsum canişinləri olan) əmr sahibərinə itaət etməsidir”.

O zaman ki, Allah və Rəsulunun (s) itaət yoluna qədəm basarıq, bizimlə bir yerdə mislisiz insanların həmsəfər olduğunu görürük. Onlarla bir yerdə olmaq ancaq Allah mütilərinə məxsusdur.

“Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69).

O kəslər ki, Allahın əmrinə itaət edir və boyun əyirlər, xeyir və xoşbəxtliyin qapıları üzlərinə açılar.

İmam Sadiq (ə) buyurur: “Eşitmək və itaət etmək – xeyirin qapılarıdır. O kəs ki, eşidər və itaət edər, onun əleyhinə hüccət olmaz. Lakin o kəs ki, eşidər və itaətsizlik edər – özündən müdafiəsi və hüccəti olmaz”.

“(Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda icazə almayınca onun yanından getməyən kəslərdir”. (“Nur” 62).

Yəni, o zaman ki, Allaha itaət etməli və sözünə qulaq asmalı olurlar, gərək hər bir işlərinə görə icazə alsınlar. Sözləri və rəftarları Allahın və Rəsulunun (s) istədiyinə uyğun olmalıdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930