Namazın haqqı nədir?
Mьəllif: admin1
Tarix: 22-07-2022, 09:54
Namazın haqqı nədir?
Namazın bəzi meyarları vardır ki, onlara riayət etməkdə qəlb hüzuru yardıma gələr. Hər bir namazqılan gərək bu hədləri tanısın və ona əməl etsin.

İmam Əli (ə) buyurur: "O kəs ki, namazın haqqına arif halda namaz qılar, Allah onu bağışlayar".

Bəs namazın haqqı nədir?

Namazın haqqı deyildikdə onu bütün ədəb, şərait və kamalları ilə yerinə yetirmək nəzərdə tutulur. Əgər namaz kamil olarsa, bu namaz möminin meracı olar. Ruhunu göyə və ali dərəcələrə qaldırar.

İmam Səccad (ə) namazın haqqı barəsində buyurur: "Namazın haqqı budur ki, biləsən namaz yeganə Məbudun dərgahına gəlməkdir. Namazda sən Onunla üzbəüz dayanarsan.

O zaman ki, bu həqiqəti dərk etdin, namazda layiqincəsinə dayan. O kəsin dayanmağı kimi ki, istəyir və qorxur, ümidvardır, məzlum və nalə edəndir, Allahı böyük hesab edər".

İmam Sadiq (ə) namazın həddi barəsində buyurmuşdur: "Namaz kamil olmaz, məgər o kəsdən ki, kamil dəstəmaza malik olar. Namazı kəm olmadan və kəsirsiz tamamlayar. Onda heç bir ikiüzlülük və yolunu azmaq olmaz.

Allahı tanıyın və Onu kamil tanıyan halda qarşısında dayanın. Müti və mətanətli olun. Ümidvarlıq və məyusluq, səbirlilik və nigaranlıq arasında qərar tutun.

Yəni, elə halda olun ki, sanki Allahın vədələri onun barəsində həyata keçməkdədir və Ondan yardım və bəxşiş istəyir. Bu, namazdır ki, insanı pisliklərdən və çirkinliklərdən uzaq edər".



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930