Cənab Rəhbərin baxışında namazın üç xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 24-01-2016, 11:14
Cənab Rəhbərin baxışında namazın üç xüsusiyyəti
ənab Rəhbər Həzrət Ayətullah Xamenei namazın 3 xüsusiyyəti haqda belə buyurur:
Namazda üç əsas xüsusiyyət var; onlar insanların mənəvi paklığında və psixoloji tərbiyəsində namaza böyük rol bəxş edirlər.

-Birincisi budur ki, İslamda müəyyən olunmuş formada – yəni xüsusi hərəkət və zikrlərə malik olan namaz təbii şəkildə namaz qılanı günah və çirkinlikdən uzaq durmağa çağırır: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir“. Bu ardıcıl dəvət hər kəsi bataqlıqlardan xilas edib yüksəltmək gücünə malikdir.

-İkincisi budur ki, onda hər bir insanın həqiqi və fitri məşuqu olan Allah-Taalanın qarşısında ibadət və təzim hissini canlandırır, onun fitrətində yaradılmış bu parlaq həqiqətin unudulmamasını təmin edir.

-Üçüncüsü budur ki, namaz qılanın canına və qəlbinə həyatın bütün sahələrində müvəffəqiyyətin əsas şərti olan aramlığı və dincliyi hədiyyə edir, əxlaqi tərbiyə üçün ciddi addım yolunda böyük maneə olan təşviş və iztirabı ondan uzaqlaşdırır.
Qeyd olunan bu üç xüsusiyyətin hər biri diqqətlə və dərindən araşdırılıb ölçülməyə layiqdir. Bu yolla namazın bir çox bilgiləri aşkara çıxacaq.namaz.ge

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930