Möminlər namazlarını qoruyurlar
Mьəllif: admin1
Tarix: 17-01-2020, 11:25
Möminlər namazlarını qoruyurlar
Allah Qurani-kərimdə buyurur: وَالَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ “Və onlar (möminlər) ki, namazlarını qoruyurlar”. (“Məaric”, 34.)

Namaz iki halda qoruna bilər:

Namaz qılan şəxs namazın hökmlərinin düzgün icrasına, surə və zikrləri doğru qiraət etməsinə diqqət yetirməlidir.

Namazda qorunması lazım olan şərtlərə və onların mənəvi yönlərinə diqqət edək:

a) Namaz qılan şəxsin bədəni və paltarı nəcisdən pak olmalıdır. Bu, həm də insanın günah və rəzil əxlaqi keyfiyyətlərdən pak olmasına işarədir.

Bəlkə də, dəstəmaz almaqdan məqsəd maddi aləmdən əlini üzüb, mənəviyyata yaxınlaşmaq, qüsl isə şəhvət dəryasından paklıq sahilinə çıxmaqdır.

b) Namaz halında üzü qibləyə - Kəbə evinə tərəf dayandığımız kimi, bütün vücudumuzu, qəlbimizi də o evin sahibinə - Allaha yönəltməliyik.

q) Namaz vaxtlarına diqqət yetirmək insanı ömr sərmayəsinin qədrini bilməyə, bu xəzinədən lazım olan bir gün üçün səmərli istifadə etməyə sövq edir.

c) Namaz qılınan yerin mübah olmasının lazımlığı, insanın maddi aləmin fövqündə dayanmasının rəmzidir. Buna görə də namaz “Merac”a bənzədilmişdir.

Yuxarıda qeyd edilən şərtlərdən başqa Namazda saf niyyətin, qəlb hüzurunun olması da çox önəmlidir.

İslam Peyğəmbərindən (s) belə nəql edilir:
“Qəlbin hüzuru olmadan namaz yoxdur”. (“Ərbəin”, Şeyx Bəhai, hədis. 37.)

Namazda nə qədər qəlb hüzuru olarsa, namaz da o qədər qəbul edilir. Belə ki, əgər insanın namaz halında Allaha diqqəti bir-iki dəqiqəlik olarsa, onun bir iki dəqiqəlik namazı da qəbul edilir və namazın qalan hissəsi isə boş əyilib qalxmaqdan başqa bir şey olmur.
/nur-az/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930