"NƏHCUL-BƏLAĞƏ"DƏ NAMAZ
Mьəllif: admin1
Tarix: 8-11-2022, 10:29
"NƏHCUL-BƏLAĞƏ"DƏ NAMAZ

“Nəhcul-bəlağə”də belə yazılır: “Allah mömin bəndələrini namaz, oruc və zəkatla təkəbbür və eqoistlikdən hifz edər. Onlara sakitlik bəxş edər”.

1. Namazın əsas rolu.

İmam Əli (ə) cəhənnəm əhlinin süqut etməsinin səbəbini namaz qılmamaqda görür və buyurur: “İnsanlar! Namazı öhdənizə götürün və onu hifz edin. Çoxlu namaz qılın və özünüzü namazla Allaha yaxınlaşdırın.

Namaz vacibatdır ki, xüsusi vaxtlarda möminlərə vacib edilmişdir. Məgər cəhənnəm əhlinin cavabına qulaq asmamısınız?

Onlardan soruşanda ki, sizi cəhənnəmə nə çəkmişdir?

Dedilər: “Biz namaz qılanlardan deyildik”.

Həqiqətən namaz, günahları payız yarpaqları kimi yerə tökər. Günah zəncirlərini boyunlarından çəkər.

İslam Peyğəmbəri (s) namazı insanın evinin qapısından axan isti bulağa bənzətmişdir ki, əgər özünü hər gün beş dəfə həmin suda yuyarsa, bədənində heç bir zaman çirk qalmaz”.

Həzrət Əlidən (ə) soruşdular: “Namaz qılmayan insan haqqında sizin nəzəriniz nədir?”

O Həzrət (ə) buyurdu: “Kafirdir”.

İmam (ə) yeniyetmələrin namazı haqqında belə buyurmuşdur: “Uşaqlarınıza namaz öyrədin və onları həddi-büluğa çatanda namazı tərk etməyə görə tənbeh edin”.

Başqa yerdə buyurur: “O zaman ki, oğlan uşağı həddi-büluğa çatar, Qurandan bir miqdarını oxusun və ona namaz qılmağı öyrətmək lazımdır”.

2. Namaz - yaxınlaşmaq vasitəsidir.

İnsanın öz Xaliqinə ən çox yaxınlaşa bildiyi yol - namazdır.

Həzrət (ə) buyurur: “Şübhəsiz, Sübhan Allaha bağlananların ən üstün bağlanma vasitəsi namaz qılmaqdır”.

“Namaz hər bir möminin Allaha yaxınlaşmasına səbəb olar”.

3. Namaz mədəniyyəti.

İmam Əli (ə) buyurur: “Allahım, mən ilk insanam ki, sənə üz tutmuşam və Sənin dəvətini eşidib, əməl etmişəm. Namazda Allahın Rəsulundan (ə) başqa heç kim məndən qabağa düşməmişdir”.

İslamın böyük alimi İbni Sina namaz mədəniyyəti haqda deyir: “O zaman ki, elmi məsələlərdə çətinlik yaranır, mənə yardım edən heç kim olmur, dəstəmaz alıb, məscidə gedirdim. İki rükət namaz qıldıqdan sonra Allahdan həmin çətinliyin həll olmasını istəyirdim. Nəticədə çətinliyim bu yolla aradan qalxırdı”.

4. Namazın haqqı.

İmam Əli (ə) buyurur: “Namazı öz vaxtında qıl, boş olan zaman vaxtından tez qılma, işin olanda təxirə salma, bil ki, bütün yaxşı rəftarların namazdan asılıdır”.

Namaz - insanın başqa əməllərinə dəyər qoyan meyardır. Namazqılan insan öz namazından başqa ailə üzvlərini də namaz qılmağa təşviq etməlidir.

İmam (ə) buyurur: “Həqiqətən, möminlərdən o kəslər namazın haqqını tanıyırlar ki, dünya zivərləri onları namazdan saxlamaz, gözlərinin nuru yəni malları və övladları namazlarına mane olmaz.

Sübhan Allah buyurur: “Elə insanlar vardır ki, ticarət, alış-veriş onları Allahı yada salmaqdan, namaz qılmaqdan və zəkat verməkdən saxlamaz””.

Həzrət Əlinin (ə) namaz haqqında dediklərinə nəzər salaq:

1. Namaz - imanın əlamətidir. “Allahın Rəsulu (s) buyurmuşdur: “Namaz - imanın bayrağı və əlamətidir. Hər kim qəlbini namaza hazırlayar, həddinə riayət edər, mömindir”.

2. Namaz təkəbbürdən ayrılmaqdır. Həzrət Əli (ə) buyurur: “Allah təkəbbürdən təmizlənmək üçün namazı və ruzinin artması üçün zəkatı qərar vermişdir”.

3. Namazın dəyəri və başqa işlərə təsiri. “Bil ki, hər bir başqa işin dəyəri namazına tabe olar”.

4. Namaz rəhmət nüzuludur. “Əgər namazqılan bilsə ki, Allah Cəlalının hansı haləsi onu əhatə edir, heç bir zaman başını səcdədən qaldırmaq istəməz”.

5. Namaz və bağışlanma. İmam Əli (ə) buyurur: “Hər kim namazı mərifətlə, haqqı ilə yerinə yetirərsə, bağışlanar”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930