İmanın kamil olması üçün bu xüsusiyyətlər olmalıdır
Mьəllif: admin1
Tarix: 6-07-2022, 09:31
İmanın kamil olması üçün bu xüsusiyyətlər olmalıdır
“Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda)xərcləyərlər.

Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır”. (“Ənfal” 3-4).

Əgər Quranın möminlər haqqında buyurduqlarına nəzər salsaq, görərik ki, mömin o kəsdir ki, Allaha ixlascasına iman gətirmiş və ancaq Ona ibadət və itaət edir.

Bu iman həyatının hər bir sahəsində: istər iqtisadi olsun, istər ictimai və ya fərdi olsun – özünü bariz şəkildə göstərər.

Quran istəyir ki, biz kamil insan olaq. İman isə o zaman kamil olar ki, İlahi xof, təvəkkül, namaz və infaqla bir yerdə olar. Bəli, iman dildə deyilən bir şey deyildir, əslində əməldə büruzə olunandır.

Bu nurani ayələrdən bəzi nətcələr çıxardırıq ki, onlara nəzər salaq:

1. Hər kim Allahın ayələrini eşidən zaman laqeyd qalarsa, gərək imanının kamil olmasında şəkk etsin.

2. Allahı hər kim zikr etməsinə baxmayaraq, yenə də möminə təsir qoyar.

3. İman – eşq və daxili xofla birlikdə olar.

4. İmanın dərəcələri vardır. Yəni, azalıb-çoxala bilir.

5. Cəhalət üzündən olan qorxu – pis sayılır. Ancaq əgər insan Allaha mərifət üzündən qorxarsa, bu, bəyənilən əməllərdəndir.

6. Quranın hər bir ayəsi hüccət və nurdur ki, insan imanını gücləndirə bilər.

7. Mömin, qorxu və ümid arasında olar.

8. O kəs ki, ancaq Allahı öz Rəbbi hesab edər – ancaq Ona təvəkkül edər.

9. İmanın nişanəsi budur ki, əvvəl möminin qəlbi Allahı yada salaraq, xəşiyyət əldə edər. Sonra Quran tilavəti sayəsində imanını gücləndirər. Allaha təvəkkül edər. Namaz qılar. Başqalarına yardım edər.

10. İnsanın imanı, onun baxış və etiqadlarından asılıdır.

11. İslam dini buyurur ki, malının bir hissəsini, hamısını vacib deyil, Allah yolunda infaq et.

12. İnfaq gərək halal maldan olsun.

13. Möminlər, öz mal və dövlətlərini İlahi bəxşiş hesab edirlər, nəinki öz zəhmətlərinin nəticəsi. Bu əqidədə olan insan üçün infaq etmək asan olar.

14. Hər kimin imanı kamil olar, Allah ona gözəl və bəyənilmiş ruzi verər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930