Əfv və güzəşt
Mьəllif: admin1
Tarix: 29-06-2018, 10:04
Əfv və güzəşt
الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ


"O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali-İmran, 134).

İzah: Ən yüksək əxlaqi fəzilət qəzəbləndikdə qəzəbini udmaq, başqalarının səhvlərini bağışlamaqdır. Möminlərə bu əxlaqi fəziləti tövsiyə edən ayə və rəvayətlər bu fəzilətin önəminə aydın sübutdur.

Quran intiqam və xeyirxahca göz yummaq arasında ikincini təqvaya yaxın hesab edir və onu yaxşıların xüsusiyyətləri sırasında sayır. Din rəhbərlərinin həyat tərzinə nəzər saldıqda da anlayırıq ki, bu xoşagələn xasiyyət bir çox insanların onlara üz tutmasına zəmin yaratmışdır.

Əlbəttə, məlumdur ki, əfv və güzəştin də digər bir çox əxlaqi xüsusiyyətlər kimi xüsusi şərtləri və qaydaları vardır və onlara riayət etmək fərdi və ictimai nəticələrindən faydalanmağa, bu sahədə ifratın acı nəticələrindən uzaq qalmağa səbəb olur.

Hədis: “Kim (başqalarının günahından) keçsə, Allah onun günahından keçər. Kim qəzəbini udsa, Allah onu mükafatlandırar.” (Təfsiri-Qumi, c. 1, səh. 291).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930