Quran ayələrinə əsasən islam təlimlərinə uyğun olan davranış
Mьəllif: admin1
Tarix: 25-03-2016, 21:17
Quran ayələrinə əsasən islam təlimlərinə uyğun olan davranış

1- Pislik edənə,yaxşılıq etməklə cavab vermək
Islam tarixini mütaliə etsək, görərik ki,Peyğəmbər (s) və bütün məsum imamlar (ə) heç vaxt pislik edənlərə dərhal sərt reaksiya verməyiblər. Onlar çalışıblar ki, həmin şəxslər ilə islam əxlaqına uyğun şəkildə davransınlar. Tarixdə belə hadisələrə çox rast gəlmək olar. Burada ohadisələrdən birini qeyd etmək yerinə düşərdi. Belə ki,Peyğəmbər (s) məscidə namaz qılmağa gedərkən yəhudi dininə mənsub olan bir qadın, hər dəfə o həzrətə (s) hörmətsizlik edər, peyğəmbər (s) o qadının evinin kənarından keçəndə o, evindən peyğəmbərin (s) üstünə zibil atar, o həzrəti təhqir etməyə çalışardı. Peyğəmbər (s) səbr edər və ona acı söz belə deməzdi. Günlərin bir günü həmin qadın xəstələnir. Peyğəmbər (s) bunu eşidəndə qadının evinə gedir. Qadın xəstə olduğuna görə yataqda isi. O, peyğəmbəri gördükdə narahat oldu və elə düşündü ki, peyğəmbər (s) onu danlamağa gəlib. Sonra başa düşdü ki, peyğəmbər (s) xəstə ziyarətinə gəlib. Bunu başa düşən yəhudi qadın utandığından üzünə örtür. Peyğəmbərin (s) ona qarşı olan mərhəmətini dərk edir və islam dinini qəbul edir.

Allah-taala quranda buyurur:

وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ

O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. ( Rəd,22).

ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ

Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.(Muminun,96).

2- Mənasız işlərdən uzaq olmaq

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَالَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَوَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ

Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar. ( Muminun,1-3).

3- Təvazokar olmaq və cahillər ilə düzgün şəkildə davranmaq

وَعِبَادُ الرَّحْمَٰنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər.( Furqan,63).

4- Başqalarının səhvlərinə göz yummaq və əsəbi kontrol etmək

الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarındanAllah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. ( Ali-İmran 134).

وَلَا يَأْتَلِ أُولُو الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ أَنْ يُؤْتُوا أُولِي الْقُرْبَىٰ وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ ۖ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا ۗ أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç)(bir)(şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.( Nur,22).

5- Ədalətli olmaq və ehtiyacı olanlara yardım etmək

إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. ( Nəhl,90).

6- Allahın qəza-qədərinə razı olmaq

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər.( Bəqərə,155-156).

7- İnsanlar ilə yaxşı davranmaq

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

Həqiqətən də, sən böyük əxlaq sahibisən! ( Qələm,4).

8- Əməlsiz nəsihətdən uzaq olmaq

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ

Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.( Səff,2-3).

9- Özünü tərifləməkdən uzaq olmaq

الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ

Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.( Nəcm,32).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930