Gözəl əxlaqın 3 dərəcəsi
Mьəllif: admin1
Tarix: 25-03-2022, 23:09
Gözəl əxlaqın 3 dərəcəsi
Cəmiyyət içində gözəl əxlaq nümayiş etdirmək – mömin insanın nişanələrindəndir. Ona görə də əgər kiminsə imanı haqqında nəzər vermək istəyirsinizsə, o zaman onun ictimai rəftar və əxlaqına nəzər salın.

Hər nə qədər insanlarla kərim və səxavətli davranırsa, imanı da o qədər yüksək olar.

Həzrət Peyğəmbər (s) besətinin hədəfi haqqında belə buyurur: “Məkarim əxlaqı tamamlamaqdan başqa şey üçün məbus olmamışam”.

Yəni, əziz Peyğəmbərin (s) əsl vəzifəsi insanlar arasında məkarim əxlaqı tamamlamaq idi. Allah Peyğəmbərin (s) bu vəzifəsi haqqında buyurur: “Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi)kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur”. (“Cümə” 2).

Həzrət Peyğəmbərin (s) əsl vəzifəsi insanları pak etmək və tərbiyə etmək idi. Insanın gözəl əxlaqı üç çərçivədə dövr edər: ədalət, ehsan, ikram. Gözəl əxlaqın ən aşağı – dərəcəsi ədalət çərçivəsində fırlanmaqdır.

Orta həddi – ehsan etməkdir. İnsan başqasının səhvindən keçər və ona əziyyət verməz. Gözəl əxlaqın ən son həddi – ikram həddidir ki, belə bir insan nəinki güzəşt edər, bəlkə pisliyə yaşılıqla cavab verər. Səhv edən insan üçün xeyir işlər görər. Bu əməl başqalarını da saleh əmələ tərəf təşviq edər.

Həzrət Peyğəmbər (s) özü məkarim əxlaqın ən bariz nümunəsi idi. Peyğəmbərin (s) nəzərinə görə əxlaq - iman və İslamın nişanəsidir. Əgər insan ədalət üsullarına riayət etməzsə, əslində insanlığın ən ibtidai üsullarına riayət etməmiş olar.

Bu cür şəxs insanlıq adını daşımaqdan imtina etmiş olur. Həzrət Peyğəmbər (s) insanlara bu meyarları verərək bildirmək istəyir ki, münafiqi müsəlmandan necə ayırd etmək olar.

Əgər insan vəfa, sədaqət və əmanət əhli olarsa, o zaman müsəlman olar. Əks halda münafiqdir.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Münafiqin üç nişanəsi vardır: yalan danışmaq, əmanətə xəyanət etmək və verdiyi sözə əməl etməmək”.

Əziz Peyğəmbərin (s) nəzərinə görə cəmiyyətdə bu qaydalara riayət olunmalıdır.

1. Uyğunlaşmaq. Peyğəmbərimiz (s) insanların bir-birinə uyğunlaşması üçün onları dost və qardaş adlandırmışdır. İnsan qardaş olan zaman bir-biri ilə həmkarlıq edər və bir-biri üçün yar və yavər olar.

Həzrət (s) buyurur: “Ən yaxşı dost o kəsdir ki, uyğunsuzluğu az və uyğunluğu çox olsun”.

2. Abırı qorumaq. İnsan həyatı boyu üç əsl mövzuya diqqət edər: malına, canına və abırına. Onun üçün əlindən gələni edər və çoxlu zəhmət çəkər. Abır elə bir şeydir ki, onu qorumaq üçün insan malından və canından keçməyə hazır olar.

Həzrət Peyğəmbər (s) insanları bu işə təşviq etmək üçün buyurur: “Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacibdir”.

3. Valideyn haqqına riayət etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən yaxşı əməl – vaxtında qılınan namaz, ata və anaya edilən yaxşılıq və sonra Allah yolunda cihaddır”. Həzrət (s) buyurur: “Allah iki şeyə görə bu dünyada cəza verər: təcavüz və ağvalideyn olmağa görə”.

4. And içməkdən çəkinmək. İnsanlar başqalarının etimadını cəlb etmək üçün çoxlu and içərlər. İslamın nəzərinə görə, hətta düzgün and belə caiz deyildir, o ki, qaldı yalan and içməyə.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kim and içməkdə ciddi olar, cəhənnəmə daha yaxın olar”.

5. Ticarətdə insaflı olmaq. Həzrət Rəsul (s) buyurur: “Allah o bəndəsini ki, alış, veriş və təhvil alan zaman asanlıq edər – sevər”.

6. Qəzəbi yatızdırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Uzaqgörən insan o kəsdir ki, qəzəbini daha çox yatızdırar”.

Həzrət Rəsulullah (s) buyurur: “Əgər sizlərdən biri insanların arasında hökm verməli olsa, gərək qəzəblənən zaman hökm verməkdən çəkinsin. Baxışında, əyləşməsində və işarəsində dava edənlər arasında fərq qoymasın”.


/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930