Bədgümanlıq və eyib axtarmaq
Mьəllif: admin1
Tarix: 12-05-2022, 10:56
Bədgümanlıq və eyib axtarmaq
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا


"Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. (İnsanların gizli qalmasını istədikləri məsələləri) arayıb axtarmayın." (Hucurat, 12).

İzah: İslam fərdlərin heysiyyətini və ictimai nüfuzunu qorumaq üçün bir sıra əxlaqi və hüquqi qayda-qanunlar nəzərdə tutmuşdur. Bu mütərəqqi qanunlardan biri möminlərə bir-birinə bədgüman olmağı və onların şəxsi işlərini arayıb axtarmağı qadağan etməsidir.

Bu iki çirkin əməli başqa bir çox günahlardan fərqləndirən bu əməlin pisliyinə diqqətsizlik və bəzi möminlərin onu etmək üçün bəhanələr uydurmasıdır. Bu amillər təəssüf ki, bu iki günahın çağdaş cəmiyyətdə daha çox yayılmasına səbəb olmuşdur.

Buna görə də bədgümanlığın fəsadları daha çox izah olunmalıdır ki, cəmiyyət onun etimadsızlıq və təfriqə kimi məşum nəticələrindən amanda qalsın.

Əlbəttə, nəzərə almaq lazımdır ki, daha önəmli məsləhətlər qarşıya çıxdıqda – məsələn, həyat yoldaşı seçmək, məsul işçi seçmək, cəmiyyətin təhlükəsizliyini qorumaq və s. – düzgün araşdırmaqla tərəf müqabilinin ədalət və paklığı aydınlaşdırılmalıdır. Bu kimi hallarda yalnız xoş gümanla qərar vermək olmaz.

Hədis: İmam Əli (ə): “(İman) qardaşının işini ən yaxşı hala yoz.” (Kafi, c. 2, səh. 362, hədis: 3).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930