İmamın (ə) mübarək nəfəsi dəyməklə, zindanban hidayət oldu
Mьəllif: admin1
Tarix: 17-06-2018, 20:01
İmamın (ə) mübarək nəfəsi dəyməklə, zindanban hidayət oldu
Muhəmməd ibni İsmayil Ələvi nəql edir: “Ali-Muhəmmədin (ə) qatı düşməni olan Əli ibni Narəməşin yanına Həzrət İmam Həsən Əsgərini (ə) gətirirlər.

Bu zalım, əziz İmamı (ə) zindana salır. Naraməş, çox pis xasiyyətli və kobud insan idi. O, Əhli-Beyt (ə) ilə düşmənçilik edirdi.

Xəlifə ona əmr etmişdi ki, hər nə qədər bacarırsa, İmama (ə) zülm etsin. Amma bu kobud və pis xasiyyətli insan İmamın (ə) heybət və nuraniliyini görən gündən bəri, halı dəyişməyə başlayır.

İmam (ə) hələ onun zindanında bir gün keçirtməmişdi ki, bu zalım Həzrətin (ə) qarşısında baş əyir və başını ehtiram əlaməti olaraq yuxarı qaldırmırdı.

İmamla (ə) bir gün eyni fəzada keçirməsi zindanbanın ruhuna və canına elə təsir etmişdi ki, rəftar və danışıqlarını tamamilə dəyişdirdi.

Onun nəzərində İmam Həsən Əsgəri (ə) dünyanın ən yaxşı və üstün insanı oldu.

İmamın (ə) mübarək nəfəsi dəyməklə, zalım bir fərd hidayət nuruna doğru yönəldi”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930