İmam Həsən Əsgərini (ə) vəhşi heyvanların içinə atan zindanbanın heyrəti
Mьəllif: admin1
Tarix: 5-10-2022, 14:50
İmam Həsən Əsgərini (ə) vəhşi heyvanların içinə atan zindanbanın heyrəti

Əziz İmamımız Həzrət Həsən Əsgərinin (ə) həyatı boyu İslam düşmənləri dəfələrlə onu öldürməyə cəhd etmişdilər. Ancaq hər dəfə fitnələri nəticəsiz qalırdı.

İmam (ə) özü buyurur: “Zalımlar güman edir ki, məni qətl edəcəklər ki, bu nəsil də qət olsun”.

İmam (ə) bu incə kəlamı ilə onu söyləmək istəyir ki, düşmənlər Əhli-Beytin (ə) nəslini kəsməyə çalışırlar. Ancaq Allah onların batil xəyallarını puça çıxardır və planlarını bir-birinə vururdu.

İmam Həsən Əsgərini (ə) qətl etmək istəyən insanlardan biri Müstəin Abbasi idi. O, Səyid Haccəbə əmr edir ki, İmamı (ə) Samiradan Kifəyə tərəf aparsın və yolda onu öldürsün.

Bu xəbər Əhli-beyt (ə) davamçılarına çatan zaman çox pərişan oldular və İmama (ə) məktub yazdılar: “Bizə belə bir xəbər gəlib çatıbdır və bizi çox pərişan edibdir”.

İmam da bu məktubun cavabında onlara yazır ki, üç gün sonra sizin üçün fərəc hasil olacaqdır. Üç gün sonra Müstəini xilafətdən çıxartdırlar və Mötəz onun yerinə əyləşir”.

Tarixdə oxuyuruq ki, o zaman ki, Mötəzi öldürürlər, Həzrət (ə) belə buyurur: “Bu, o kəslərin cəzasıdır ki, Allaha, övliyasına qarşı ürəkli olmuş və ona qarşı cürət əldə etmişdir. Güman edirdi ki, övladım olmadığı halda məni öldürəcəkdir. Ancaq o, Allahın qüdrətini necə görür”.

“Buharul-ənvar”da oxuyuruq ki, İmamı (ə) qəddar bir zindan gözətçisinə tapşırırlar və o, İmama (ə) əziyyət verir. Zindanbanın həyat yoldaşı bu əməlinə görə ona nəsihətlər verir və Allahdan qorxudur.

Ona deyir ki, gərək İmamın (ə) qədrini bilsin. Amma gözətçi həyat yoldaşının bu sözlərindən qəzəblənib and içir ki, İmamı (ə) vəhşi heyvanların içinə atacaqdır. Öz batil fikri üçün xəlifədən icazə alır və xəlifə də ona icazə verir.

O, da namərdcəsinə İmamı (ə) vəhşi heyvanların içinə atır. Rahat halda öz yerinə qayıdır. Heç şəkk belə etmirdi ki, vəhşi heyvanlar ona zərər vurmazlar.

Ancaq o zaman ki, vəhşi heyvanların qaldığı yerə nəzər salır, görür ki, İmam (ə) ibadətlə məşğuldur və heyvanlar da ətrafında toplaşıblar. Ona görə əmr edir ki, İmamı (ə) zindandakı yerinə qaytarsınlar.

Əhməd ibni Ubeydullah nəql edir ki, atam Ubeydullah ibni Xaqana xəbər verirlər ki, İmam Əsgəri (ə) xəstə yatır. Bu zaman atam xəlifənin sarayına getdi və mövzunu xəlifəyə xəbər verdi.

Sonra xəlifənin inanılmış beş yaxın əsgəri ilə geri qayıtdı. Atam o beş nəfərə əmr etdi ki, Həzrətin (ə) evinə nəzarət etsinlər. Bir neçə həkim çağırtdırdı və onlara əmr etdi ki, İmamı (ə) müalicə etsinlər.

Sonra şəhər qazisinə əmr etdi ki, İmamın (ə) on nəfər inanılmış insanını bir yerə toplasın. Bu on nəfər gəldi və onlara əmr etdi ki, gecə və gündüz İmamın (ə) başının üstündə olsunlar. Bir neçə gün sonra İmam (ə) şəhid oldu”.

Məlumdur ki, İmamı (ə) zəhərləmişdilər. Lənətlik xəlifə heç bir zaman zəhərlədiyi insanı müalicə etmək istəməzdi. Ona görə də onun evinə gələn o beş nəfər və həkim paltarını geyinən insanlar ancaq xəlifənin casusları olmuşdur ki, tək hədəfləri İmamı (ə) tez bir zamanda aradan aparmaq idi.

Bu xəbər onu təsdiq edir ki, xəlifənin bu işdə mütləq barmağı olmuşdur və qazini çağırıb ona təlimat verməkdə məqsədləri o idi ki, insanların gözündə bu ölümü təbii ölüm kimi göstərmək istəyirdilər. Bu yolla Əhli-beyt (ə) davamçılarını aldatmaq istəyirdilər.

Amma təbii ki, həqiqət üzə çıxdı və insanlar İmamın (ə) şəhid olmasını bildilər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930