Üç İmamla (ə) düşmənçilik edəm məlun
Mьəllif: admin1
Tarix: 11-09-2019, 11:52
Üç İmamla (ə) düşmənçilik edəm məlun
Şimr (lən) – o məlun insanlardan idi ki, İmam Hüseynin (ə) şəhadətinə şərait yaratmışdı. Künyəsi Əbu Sabiğədir.
Həvazin qəbiləsinin başçılarından olmuş və Zibab ibni Kəlabın nəslindən idi. Ona görə də onu Kəlabi adlandırırdılar.
Atası Zulcöşən, Həzrət Peyğəmbərin (s) dəvətinə çox da əhəmiyyət verməmişdir. Ancaq Məkkənin fəthindən sonra müsəlmanlar qalib gələndən sonra İslamı qəbul etmişdir.

İmam Əlinin (ə) zamanında.
Şimr (lən), İmam Əlinin (ə) zamanında bir müddət zahirdə onun tərəfdaşlarından olmuşdur. O, Siffeyn döyüşündə Həzrətin (ə) qoşununda iştirak etmiş və hətta üzündən yaralanmışdır. Ancaq sonralar İmam Əlidən (ə) üz çevirmiş və xəvariclərdən olmuşdur.

İmam Həsənin (ə) zamanında.
Şimr (lən), İmam Həsənin (ə) kəskin müxalifətçilərindən idi. O, Kufədə fitnə yaradır və insanları İmama (ə) qarşı ayağa qaldırır. O kəslərdən olur ki, İmamın (ə) naəlac sülhü qəbul etməsinə şərait yaradır və sonra da Müaviyyəyə (lən) qoşulur.

İmam Hüseynin (ə) zamanında.
O zaman ki, Müslim ibni Əqil Kufəyə gedir, Şimr (lən) o kəslərdən olur ki, insanları onun ətrafından dağıdır. O, Müslimin sözlərini fitnə adlandırır və Kufə camaatını Şam ordusu ilə qorxudur.

O zaman ki, İmam Hüseyn (ə) Kərbəlaya gəlir, Ömər ibni Səəd Kufə ordusunun başçısı kimi qan tökməyin qarşısını almaq istəyir. Ancaq Şimr, ibni Ziyadı qətl üçün təhrik edir.

Şimr (lən) Məhərrəm ayının 9-da 4 min nəfərlik ordu ilə Kərbəlaya gəlir və İbni Ziyaddan qətl əmri gətirir. Ömər ibni Səəd bu məktubu görəndə, Şimrə deyir: “O işi ki, islah etmək olardı, məhv etdin”.

Aşura günü Şimr (lən) ordunun sol cinahına rəhbərlik edirdi. O, əsgərlərinə əmr edir ki, İmamı (ə) hədəfə alsınlar və sonra ordu onun əmri ilə birləşib, İmama (ə) hücum etdi.

İmamın (ə) mübarək başını bədənindən ayıran məxluqun Şimr (lən) olduğunu bəyan edirlər.

Məhz Şimr məlun ilk kəs olur ki, Aşura günü İmamın (ə) mübarək bədəni üzərindən at çapır. Sonra da xeymələrə od vurulmasını əmr edir.

Şimrin cəhənnəmə vasil olmasıi Muxtar tərəfindən olur və o, Şimrin başını kəsir və Muhəmməd ibni Hənəfiyyəyə göndərir. O, isə bu məlunun başını İmam Səccada (ə) göndərir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031