Hz. Peyğəmbərdən (s) şəban ayının 11-ci gecəsi üçün tövsiyə olunmuş namaz
Mьəllif: admin1
Tarix: 27-04-2018, 21:33
Hz. Peyğəmbərdən (s) şəban ayının 11-ci gecəsi üçün tövsiyə olunmuş namaz
Şəban ayı ibadətlər, namaz və zikrlər üçün mənəviyyat dolu bir aydır. Bu ayda edilən hər bir zikrin misilsiz savabı və mənəvi təsiri vardır.

Hətta Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

Bu ayın hər gecəsi üçün Peyğəmbər (s) tərəfindən namaz tövsiyə olunmuşdur. Şəban ayını 11-ci gecəsi üçün Allahın Rəsulundan (s) 8 rəkətli namaz tövsiyə olunub.

Beləki hər rəkətdə “Fatihə” surəsindən sonra 10 dəfə “Kəfirun” surəsi oxunur.

Namazlar 2rəkət-2 rəkət qılınır. Nəticədə 4 ədəd iki rəkətli namaz olur.

Qeyd edək ki, hicri təqvimi ilə yeni gün özündən qabaqkı günün məğrib azanı ilə başlayır. Yəni 10-cu günün şam azanı verilməklə həmin gün bitir və 11-ci günün gecəsi başlayır.

Gecə gündüzdən əvvəldə gəlir. Şam azanı verilməklə hicri təqvimi ilə yeni gün başlayır. (Xəbərin verilmə tarixinə uyğun vaxtı nizamlaya bilərsiniz)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930