Rəcəb ayının son gününün böyük fəzilətli namazı
Mьəllif: admin1
Tarix: 17-04-2018, 15:08
Rəcəb ayının son gününün böyük fəzilətli namazı
Rəcəb, şəban və ramazan ayları mənəviyyat dolu aylar kimi də tanınır. Bu ayların fəzilət dolu əməlləri və zikirləri vardır ki, əlaqədar kitablarda qeyd olunub.

Bu gün rəcəb ayının sonuncu günüdür. Hədislərdə bu gün üçün xüsusi namaz qeyd olunub ki, böyük savabı və mənəvi xeyir bərəkəti vardır.

Rəcəb ayının son gününün namazı hər biri 2 rəkətdən ibarət olan 5 ədəd namazdır.

Hər rəkətdə fatihədən sonra –

3 dəfə İxlas

3 dəfə Kafirun surəsi oxunmalıdır.

Həmçinin müstəhəbdir ki, namazdan sonra bu dua oxunsun:

لا إِلهَ إِلَّا اللَّهُ‏ وَحْدَهُ‏ لا شَرِيكَ لَهُ‏، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ، يُحْيِي وَ يُمِيتُ‏ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ، وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ [الطَّيِّبِينَ‏] وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ.


Seyyid inb Tavus “İqbalul-əmal” kitabında bu namazı nəql edir və hər rəkətin 1000 rəkət savabı və böyük fəziləti olduğunu qeyd edir.
(İslaminsesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930