Şəban ayının 7-ci gecəsi üçün tövsiyə olunmuş bərəkət dolu namaz
Mьəllif: admin1
Tarix: 23-04-2018, 21:19
Şəban ayının 7-ci gecəsi üçün tövsiyə olunmuş bərəkət dolu namaz
Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

Rəcəb, şəban və ramazan ayları mənəviyyat dolu aylar kimi də tanınır. Bu ayların fəzilət dolu əməlləri və zikirləri vardır ki, mövzu ilə bağlı kitablarda qeyd olunub.

Şəban ayının 7-ci gecəsi üçün 2 rəkətli namaz tövsiyə olunur:

Belə ki, birinci rəkətdə “Fatihə” sürəsindən sonra 100 dəfə “İxlas” (Tovhid) surəsi, ikinci rəkətdə isə “Fatihə” surəsindən sonra 100 dəfə “Ayətəl-kürsi” oxunmalıdır.

Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930