Şəban ayının 9-cu gecəsi üçün tövsiyə olunmuş bərəkətli namaz
Mьəllif: admin1
Tarix: 25-04-2018, 22:06
Şəban ayının 9-cu gecəsi üçün tövsiyə olunmuş bərəkətli namaz
Şəban ayı duaların qəbul olduğu ay kimi də tanıtdırılır. Bu ayın hər gecəsi üçün Peyğəmbər (s) tərəfindən namaz tövsiyə olunmuşdur.

Hətta Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

Şəban ayını 9-cu gecəsi üçün Allahın Rəsulundan (s) 4 rəkətli namaz tövsiyə olunub. Hədisdə buyurulur:

””Hər kim şəban ayının 9-cu gecəsində 4 rəkətli namaz qılarsa, beləki hər rəkətdə 1 dəfə “Fatihə” və 10 dəfə “Nəsr” (izə caə) surəsini oxuyarsa Mütəal Allah onun bədənini cəhənnəm atəşinə haram edər. Həmçinin oxuduğu hər ayənin savabında ona 12 Bədr şəhidinin və alimlərin savabını verər.””

Qeyd edək ki, hicri təqvimi ilə yeni gün özündən qabaqkı günün məğrib azanı ilə başlayır. Yəni 8-ci günün şam azanı verilməklə həmin gün bitir və 9-ci günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Şam azanı verilməklə hicri təqvimi ilə yeni gün başlayır.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930