Ruhunu inkişaf etdirmək istəyən insan, gərək bu 6 məqamı nəzərə alsın
Mьəllif: admin1
Tarix: 9-01-2022, 23:10
Ruhunu inkişaf etdirmək istəyən insan, gərək bu 6 məqamı nəzərə alsın
Ruhu inkişaf etdirməyin sirri iki şeydən başqası deyildir: havayi-nəfsdən azad olub batini günahdan pak etmək və İlahi vəzifələri yerinə yetirmək.

İnsan əgər həqiqi düşmənini tanısa və Allaha bəndəlik etsə - ruhunu inkişaf etdirə biləcəkdir. Çünki bu yolda Allah ona yardım edəcəkdir, necə ki, vəd vermişdir:

“Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz(dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

Ruhumuzu inkişaf etdirmək üçün bəzi tövsiyələr:

1. Əgər ruh inkişaf edərsə, cismi də özü ilə birlikdə inkişaf etdirər. Artıq cism öz çatışmazlıqlarını görməz. Necə ki, Həzrət Musa (ə) Allahla 40 gün münacat edən zaman nə suya, nə də yeməyə ehtiyac duymuşdu.

2. Allah yolunun yolçusu gərək öz gücünü müəyyən edə bilsin. Hansı halda olduğunu yaxşı anlasın. Çünki hər bir insanın müxtəlif cür cismi, ruhu və istedadları vardır. Gərək taqəti çatan əməlləri yerinə yetirsin ki, özünə zülm olmasın.

3. Tədricən inkişaf etmək. Bu, varlıq aləminin qanunlarından biridir ki, hər şey birdən olmur, tədricən inkişaf edir. Necə ki, bitki əvvəl toxum olur, sonra cücərir və böyük ağaca çevrilir. İnsan tərbiyəsi də tədrici olmalıdır.

4. Allah yolunun yolçusu gərək bilsin ki, getdiyi yolda elə mərhələlər vardır ki, onlardan mütləq keçməlidir, əks halda naqis qalacaqdır. Yəni, başqa sözlə desək, vacib əməlləri müstəhəblərdən üstün hesab etməlidir.

5. Allah yolunun yolçusu gərək bilsin ki, bu yol asan yol deyildir və səbir, mətanət, əzm, niyyət – onun yaxın dostları olmalıdır.

6. İnsan bilməlidir ki, bu dünyada hər bir şeyin sahibi Allahdır. Hətta əgər yolda irəli getmək üçün bütün zəminələr hazır olsa belə, Onun iradəsi olmadan heç bir şey baş verməyəcəkdir. Ona görə də hər addımda Allahdan yardım diləmək və Məsumlara (ə) təvəssül etmək lazımdır.

7. Məsumları (ə) bu yolun ən üstün örnəyi qərar verməli və onların buyurduqlarına əməl etməyə çalışmaq lazımdır.

8. Çalış ki, bu yolda ruhunla bədənin bir-biri ilə dost olsun. Əgər bədənin yorulubdursa, ona istirahət ver və onu etmək istəmədiyi işlərə vadar etmə.

Beləliklə deyə bilərik ki, İlahi qürb məqamına çatmaq hər kəs üçün mümkün olan bir əməldir. Sadəcə istəmək və bu yolda yorulmadan çalışmaq, Allahdan və Məsumlardan (ə) yardım istəmək lazımdır.

İnsanın cismi qocaldıqca, ruhu əksinə - cavanlaşmalıdır. Çünki, illər ötdükcə, insan öz hecabatını daha dəqiq aparmalı və ruhunun inkişafı baxamdan daha müdrik qərarlara rəvac verməlidir.

“Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»”. (“Fussilət” 30).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930